Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub - FOTOLAR

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Faiq Qurbanov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidimizin evinin önündəki barelyefi ziyarət edilərək xatirəsi ehtiramla anılıb, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. SİA xəbər verir ki, çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Faiq Qurbanov Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər.

O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə