"Müharibənin dayandırılması mümkün deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiyanın Ukraynanın 4 vilayətini ilhaq etməsi və bunu şouya çevirib meydanlarda bayram kimi qeyd etməsi təbii ki, digər dövlətlərdə, o cümlədən Ukraynada qıcıq yaratdı". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti bəyan etdi ki, biz artıq Putinlə sülh haqqında danışıqlar aparmayacağıq: "Bundan əlavə ilhaq məsələsinə dünyanın böyük dövlətləri, o cümlədən Amerika, Avropa ölkələri, NATO qətiyyətlə bu məsələni pislədi və bunu tanımayacaqlarını bildirdi. Həmçinin qardaş Türkiyə də buna qoşuldu.

Amma bu ilhaqdan sonra müharibə daha da şiddətlənəcək. Ukrayna Amerikadan uzaqməsafəli raketlərin alınması üçün danışıqlar aparır. Böyük Britaniyanın Baş naziri Liz Trass Zelenskiyə zəng edərək onlara dəstək verdiyini bildirib. ABŞ-ın müdafiə naziri müharibənin daha da şiddətlənəcəyini bildirdi.

Eyni zamanda bu ilhaqdan sonra ABŞ yenidən Ukraynaya maddi yardımlar göstərdi. Ukrayna ordusu artıq Liman şəhərini işğaldan azad edib. Luqansk, Donetsk istiqamətində əks-hücumlarını davam etdirir. Yaxın zamanda müharibənin bitəcəyini demək sadəlövhlük olardı. Çünki Rusiya öz dediyindən dönmür, Ukrayna və Qərb dövlətləri isə Ukraynanın məğlub olmasına heç razı deyillər. Hətta Rusiya Avropaya qazının dayandırılmasına və qaz böhranına razıdır, amma Ukraynanın məğlub olmasına razı deyillər.

Güman edirəm ki, bu müharibə hələ uzun sürəcək. Putinin hakimiyyətdə olduğu dövrdə müharibənin dayandırılması mümkün deyil. Putinə qarşı müxtəlif planlar gündəmə gəlib. Rusiyanın daxilində baş verən etirazlar zaman keçdikcə artmağa başlayır. Putinin hakimiyyətdən getməsi haqqında mitinqlər olur. Yəni inqilab olub Putin hakimiyyətdən gedərsə müharibə dayana bilər. Bundan sonra isə sülh danışıqları ilə bağlı məsələləri irəli sürmək olar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə