Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət
nəticəsində Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı kifayət qədər çox
saydadır. Bolqarıstan da ölkəmizlə dost və strateji tərəfdaş ölkələrdən biridir.
Ölkələrimiz arasında əlaqələr 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannaməyə əsasən çox yüksək səviyyədə qurulmuşdur. Azərbaycan-
Bolqarıstan əlaqələri bir sıra sahələri əhatə etməklə yanaşı münasibətlər davamlı
olaraq genişləndirilir və inkişaf etdirilir.
Sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti cənab
İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və
2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təsbit
olunmuş bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə çatdırmışdır.
Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd
edən ölkə başçımız öz çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək
planların əhəmiyyətindən də bəhs etmişdir.
Hazırda Azərbaycanın çox böyük həcmdə qaz ehtiyatlarının olduğu təsdiq
edilmişdir. Bu ehtiyatların həcmi 2,6 trilyon kubmetrdir. Eyni zamanda, Azərbaycan
çoxşaxəli qaz nəqliyyat infrastrukturuna malikdir. Mövcud imkanlar əsas verir ki,
Azərbaycan bir çox ölkələri təbii qazla təmin etsin. Bolqarıstan da ölkəmizdən qaz
ixrac edən ölkədir. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin
artırılması nəzərdə tutulub ki, bu məsələdə Yunanıstan-Bolqarıstan Qaz
İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor Azərbaycan
qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni
zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Bu vaxta qədər də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında
mühüm rol oynayıb. Belə ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam
neftini dünya və Avropa bazarlarına ixrac edir. Ölkəmiz bundan sonra qaz hasilatını
artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa
İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji
siyasətini daha da genişləndirməyi düşünür. Elektrik enerjisinin ixracı və bu sahədə
qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə
Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından
istifadə olunması əsas hədəflərdəndir.
Bolqarıstana səfəri zamanı Prezident cənab İlham Əliyev öz çıxışında
Azərbaycanın geniş tranzit imkanlarına malik olmasına diqqət çəkərək bu
imkanlardan Bolqarıstanın da yararlana biləcəyini bildirmişdir. Həqiqətən də bu gün
Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bura dəmir yolları,
avtomobil yolları və yeni Beynəlxalq Dəniz Ticarət Limanı daxildir. Bütün bu
infrastruktur obyektlərinin yaradılmasında məqsəd Azərbaycan üzərindən tranzit
yüklərinin həcminin artırılmasını təmin etməkdir. Həyata keçirilən düşünülmüş
siyasət nəticəsində isə bu istiqamətdə uğurlara imza atılır. Cari ildə tranzit yüklərin
həcminin təqribən 50 faizə yaxın artması bu deyilənlərə əyani sübutdur. Bir sözlə,
Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində
əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Odur ki,
ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB