QARAXANBƏYLİDƏN BAŞLAYAN ZƏFƏR YOLUMUZ ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev və Vitse-Prezident Mehriban xanım Əliyeva 2022-ci ili 27 sentyabr tarixində - Anım Günündə Füzuli rayonuna səfər edərək 44 günlük müharibənin ilk döyüş bölgələrindən olan Qaraxanbəyli kəndində xatirə abidəsinin açılışında iştirak etdi.Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəyə aparan şanlı Zəfər yolu da məhz Füzuli rayonunun Qaraxanbəyli kəndindən başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Zəfər yolunda ilk tarixi qələbəsini də məhz bu yerdə qazanıb. Dövlət başçısının və birinci xanımın önünə gül dəstələri qoyduqları Anım abidəsinin yaxınlığında isə Azərbaycan İkinci Qarabağ savaşında ilk şəhidlərini verib.Tədbirdə çıxış edən Ali Baş Komandan İlham Əliyev müharibə günlərində xalqımızın həmrəyliyindən, yumruq kimi bir olmağından, ordumuzun rəşadətli döyüşlərindən ətarflı danışdı.44 günlük müharibə ərzində vəhşi erməni ordusu xalqımızın və ordumuzun gözünü qorxutmaq üçün müxtəlif vasitələrə əl atsalar da istədiklərinə nail olmadı. Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq xalqımız bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda ediblər. Sevindirici haldır ki, şəhidlərimizin qanı yerdə qalmadı, biz döyüş meydanında şəhidlərimizin qisasını aldıq. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Vətən torpaqları düşməndən azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Cavid İsmayılov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə