Deputat Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürüb

Deputat Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürüb

“Deputatların bir çoxuna daxil olan müraciətlərin 20%-i alimentlərlə bağlıdır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, alimentlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik: “Aliment Fondu yaratmalıyıq. Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin və verməyən valideyn tapılsın, ondan həmin məbləğ alınsın. Bu Konvensiyaya qoşulandan sonra bizim qanunvericiliyimizdə də vətəndaşın aliment hüququnun özünə çatdırılmasına kömək olsunlar. Vətəndaşın imkanı olsa, heç aliment istəməzdi. Aidiyyəti komitələrdən xahiş edirəm bu məsələni nəzərə alsınlar”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə