Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu parlaq Zəfər əldə etdi. Bu tarixi Zəfəri, bu xoşbəxtliyi, bu qüruru bizə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, rəşadətli ordumuzun qəhrəmanlığı, fədakarlığı, əbədiyaşar şəhidlərimizin qanı, canı bahasına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bu müharibə eyni zamanda Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu tarixi Qələbə ilə ərazi bütövlüyünü təmin etdi və tarixi ədaləti bərpa etdi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endirmişlər. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu. Azərbaycan ordusu qətiyyətlə, döyüş və mənəvi-psixoloji hazırlıqla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını, “yenilməz ordu” mifini darmadağın etdi.
Qüdrətli Azərbaycan ordusunun həmlələrinə tab gətirə bilməyən düşmən məğlubiyyətin qisasını təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəhbədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Bu cür dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən İlham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər. Sürətlə irəliləyən Azərbaycan ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi Azərbaycanın yenilməz ordusu XXI əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı. Bütün bu uğurlar ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinin və Müzəffər Azərbaycan ordusunun yüksək peşəkarlığı, qüdrəti, rəşadəti, cəsarəti, qəhrəmanlığı, eyni zamanda, döyüş ruhunun məntiqi nəticəsi idi. Belə bir yenilməz ordunun yaradılması isə dövlət başçısının hər zaman diqqət yetirdiyi prioritet istiqamətlərdən idi.Bu gün əsasını Müasir Azərbaycan dövlətinin banisi,xalqımızın Ümummilli lideri Heydər Əliyevin qoyduğu və cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi siyasət, ordu quruculuğu, hərbi sahədə islahatlar, ordunun daha da gücləndirilməsinə xidmət edir. Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə əlaqədar öz çıxışlarından birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı,müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılğın azaldılması- bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsidir.” Qədirbilən Azərbaycan xalqımı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Bu isə şəhidlərimizin ruhuna, onların doğmalarına dövlət başçımızın göstərdiyi ali ehtiramın bir daha bariz nümunəsidir. Azərbaycan xalqı torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizi dərin hörmət, ehtiram və qürurla anır! Tarixi Zəfəri bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir!
Allah bütün şəhidlərimizə rəhmət elesin.
Çingiz İbrahimov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB