Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2022-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə