27 sentyabr Azərbaycan xalqının qürur günüdür ŞƏRH

27 sentyabr Azərbaycan xalqının qürur günüdür ŞƏRH

Azərbaycan xalqı üçün 21-ci əsrə qalib xalq kimi adını yazdırdı. Çünki iki əsr 19- 20 əsrlərdə Azərbaycan xalqının torpaqlarının bölünməsi, müharibə, soyqırım və etnik təmizləməyə məruz qalmaqla, tarixin ən böyük böhranını yaşayıb. Xalqımız erməni faşizminin, işğalının, etnik və vandalizm siyasətinin qurbanı olub. Mənfur ermənilər tərəfindən ötən əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı soyqırım həyata keçirməsi, əsassız ərazi iddiaları nəticəsində yüzminlərlə soydaşlarımız Qərbi Azərbaycandan indiki Ermənistan ərazisindən zorla, silahla qovulub. Nəticədə, həmin ərazilərdə qondarma Ermənistan yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur, Göyçə mahalları Azərbaycanın razılığı olmadan Ermənistana verilib. Nəticədə, orada yaşayan soydaşlarımız yurd yerlərindən qovulub. Həmin tarixi yerlərdə xalqımızın qədim tarixini silmək üçün vandalizm həyata keçirilməklə tarixin izini itirməyə çalışıblar. Qeyd edim ki, 1918-ci ildə ermənilər tərəfindən soyqırım həyata keçirildi. Sovet hakimiyyəti qurulduqdan sonra mərhələ -mərhələ Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası həyata keçirildi. Ermənistan Qarabağ iddiasını ortaya atmaqla qondarma vilayət təsis etdilər. Bununla Azərbaycan xalqının faciəsi başladı. SSRİ vaxtında 1948-ci ildə rəsmən Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası başladı. Ondan sonra 1988-ci ildə növbəti deportasiya ilə ölkəmizə qarşı ərazi iddiaları irəli sürməklə müharibəyə başladılar. Xalqımıza qarşı olmazın faciələr törətdilər. Xocalı soyqırımı törətdilər. Ərazilərimizin 20 faizini işğal edərək şəhərləri, kəndləri yer üzündən sildilər. Tarixi və dini abidələri dağıtdılar. Baş verənlər Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı.

Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri soyqırımı aktı tanınır, faciə ilə bağlı təbliğat xarakterli tədbirlər təşkil olunur. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulanmış, faciə ilə bağlı müxtəlif ölkələrdə hər il silsilə tədbirlərin keçirildiyi bildirilmişdir.

Ermənistan 30 ilə yaxın heç bir beynəlxalq hüququ tanımayaraq öz işğalçı siyasətini davam etdirdi. BMT dörd qətnaməsini, Avropa təşkilatlarının hüquqi sənədlərinə məhəl qoymadı. Bu illər ərzində Ermənistan yalnız bir siyasət ortaya qoydu. İşğalı möhkəmləndirmək və və işğal etdiyi əraziləri Ermənistana birləşdirilməsi. Amma, Azərbaycanın bu illər ərzində möhkəmlənməsi, aparılan danışıqlardan nəticə çıxarmayaraq səhv yalnışlıqlar etdi. Nəticədə Azərbaycan Ermənistanın növbəti təxribatlarının qarşısnın alınması üçün əks-hücum edərək torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının qalibiyyəti, xalq və prezident vəhdətinin nəticədi idi. Prezident İlham Əliyev Ali Baş Komandan olaraq ərazilərimizi işğaldan azad etdi. Beynəlxalq hüququ bərpa edərək ədalətsizliyə son qoydu. Ermənistan kapitulyasiya sənədinə imza ataraq 30 il ərzində saxladığı status-kvo dəyişildi və Azərbaycan regionda sülhə və təhlükəsizliyə xidmət edən bir geosiyasi nizam yaratdı. 27 sentyabr Azərbaycan xalqının birliyi və ərazilərinin işğaldan azad olunması günüdür. Bu gün ordumuz və Ali Baş Komandan tarixi Azərbaycan torpaqlarını geri qaytamaqla bir daha bizi qələbəyə aparır.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə