"Pelosinin Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var"

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə görüşündə ifadə edib.

Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var. İnanıram ki, o, başqa bir çox yeri də rahatsız edib. Bunu qabartmağa ehtiyac yoxdur. İndi biz də bəzi hazırlıqlar görürük. Buradan döndükdən sonra lazımi addımları atacağıq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə görüşündə ifadə edib.

Qarşıda Praqada təşkil olunacaq Sammitə qatılacağını diqqətə çatdıran Türkiyə dövlətinin başçısı bildirib ki, Paşinyanın da bu toplantıya qatılmaq niyyəti var. Ermənistan Baş nazirinin əvvəllər “Orada görüşə bilirikmi?” fikrində olduğunu xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bəlkə onunla orada bu məsələləri müzakirə etmək imkanımız olur. Bu məsələlərlə bağlı Qafqazda bəzi səylərimiz olacaq. Onları hazırda sadəcə planlaşdırma prosesindəyik. Hörmətli qardaşım İlham Əliyevlə müzakirə edib addımlarımızı atacağıq.”

Bütün xəbərlər Facebook səhifəmizdə