BMT-nin Baş katibi Ərdoğanla taxıl və gübrə ixracını müzakirə edib
BMT Baş Assambleyanın 77-ci sessiyası çərçivəsində qurumun Baş katibi Antonio Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. SİA xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyət, taxıl sövdələşməsi, həmçinin Rusiya taxılının və gübrələrinin beynəlxalq bazarlara çıxışı ilə bağlı fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB