Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci və 178-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci və 391.8-1-ci maddələri baxımından şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 23-nə təyin edilmiş iclasında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə