Əli Kərimlinin statusunda demək istədikləri... ŞƏRH

Əli Kərimlinin statusunda demək istədikləri... ŞƏRH

"NENSİ NƏNƏ, BAŞINA DÖNÜM, MƏNİ DƏ ÖZÜNLƏ APAR..."

Əli Kərimli son yazdığı statusla bir daha anti-Azərbaycan dairələrin, erməni lobbisinin sifarişlərini yerinə yetirdiyini təsdiqləyib. Belə ki, o, Nensi Pelosinin Ermənistanda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə öz aləmində cavab verdiyi təəssüratı yaratmaqla insanların gözündən pərdə asmağa çalışıb. Əslində, utanmadan statusunun ilk cümlələrində dolayısı ilə Azərbaycan ordusunu Ermənistan ərazisinə təcavüzdə ittiham edib. Nensinin fikirlərinə isə onun Azərbaycan haqqında işlətdiyi “pisləyirik” sözünü belə işlətmək cürəti göstərməyən Əli Kərimli öz xain, satqın mövqeyini bir daha nümayiş etdirib. Statusda Əli Kərimlinin daha çox “Nensi nənə, başına dönüm, məni də özünlə apar”, “Dəmir Yumruq erməniləri və mənim kimi alətləri əzir”, “Yanınızda olsam, bilirsiniz nələr edərəm, nənə can” kimi yalvarış mesajları verdiyi aydın olur. Budur, Əli Kərimlinin məqsədi, niyyəti, daha doğrusu, məkri! Əgər belə olmasaydı, Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ-da 2016-cı ilin sentyabrında erməni separatçılarından olan “qondarma qurumun prezidenti” Bako Saakyanın oğlu Armen Saakyanla bir masa arxasında oturub Azərbaycan əleyhinə keçirilən dinləmələrdə iştirak etməzdi.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə