"Ukrayna taxılının kasıb ölkələrə getdiyi cədvəl dərc olunsun" - ZAXAROVA

"Ukrayna taxılının kasıb ölkələrə getdiyi cədvəl dərc olunsun" - ZAXAROVA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı (Aİ) ölkələrini Ukrayna taxılının yoxsul ölkələrə çatdırıldığını sübut edən cədvəl dərc etməyə çağırıb. SİA xəbər verir ki, Zaxarova həftəlik mətbuat konfransında Ukraynadan taxıl daşınması və taxıl müqaviləsi ilə bağlı açıqlamalar verib. Ukraynadan taxıl daşınmalarının həyata keçirildiyi ölkələrlə bağlı Qərbdə və Rusiyada ifadə olunan müxtəlif rəqəmlər barədə suala Zaxarova, bu daşınan məhsulların Asiya və Afrika ölkələrinə yenidən göndərilməsinin mümkün olduğuna diqqət çəkib. "Qərb üçün bu əlverişsiz vəziyyətdən açıq-aşkar çıxış yolu var. Cədvəl dərc etsinlər. Gəminin İtaliyaya necə gəldiyi, İtaliyaya nə qədər taxıl düşdüyü və başqa hansı ölkələrə getdiyi barədə adi bir şəkil çəkmək olar. daha asan nə ola bilər?" ifadələrdən istifadə edib. Bu barədə öyrənməyin çox maraqlı olacağını deyən Zaxarova, bu logistika cədvəlinə əlavə olaraq, müxtəlif ölkələrə köçürülən bu tip logistika ilə məşğul olan Amerika operatorlarının gəlirlərini əks etdirən cədvəlin dərc edilməsini təklif edib. “Çox maraqlıdır ki, onlar ən kasıb və ən ehtiyacı olanlara nə qədər ərzaq paylamağa çalışırlar”, deyə, Zaxarova bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə