Xəyanətkarları ifşa etməli, öz adı ilə çağırmalıyıq – DEPUTAT MÖVQEYİ
“Xarici və daxili düşmənlərimizə, xəyanətkarlara qarşı xalqın bir yumruq kimi birləşməsi gərəkdir. Bizim işimiz haqqdır, biz torpaqlarımızın bütövlüyünü istəyirik, BMT-nin sənədlərində təsbit olunmuş sərhədlər çərçivəsində suveren hüquqlarımızın, ərazi bütövlüyümüzü bərqərar olmasına çalışırıq. Bu yolda kim olursa olsun, hansı güclər gəlirsə gəlsin milli maraqlarımızdan geri duran deyilik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bütün bunlara baxmayaraq daxildəki bir sıra ünsürlər Azərbaycana dil uzatmağa başlayıblar: “Özünü “ana müxalifət” adlandıran, əməlləri xalqın maraqları ilə daim ziddiyyət təşkil edən, erməni dəyirmanına su tökmək peşəsini davam etdirən, Azərbaycanın əlehinə atdığı addımlarla məşhurlaşan Əli Kərimli, özünü beynəlxalq ekspert kimi ermənipərəst dairələrdə tanıdan və əsasən erməni mətbuatının “dəqiq mənbə” olaraq daim istinad etdiyi Altay Göyüşlü, xaricdə oturub sosial şəbəkələr vasitəsilə Azərbaycana, onun rəhbərliyinə ermənilərin belə deyə bilməyəcəyi yalanlar tirajlayan, milli hissiyatımızla oynayan, daha çox “söyüş mühacirləri” adı ilə tanınan ünsürlər ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Əli Kərimlinin də, Altay Göyüşovun və digər yaramazların apardığı təbliğatla bu gün İrəvanın küçələrində Azərbaycana qarşı hədyanlar səsləndirən ermənilər arasında heç bir fərq yoxdur. Hər ikisinin fikirləri yanlış, qərəz, xəyanət üzərində qurulub. Altay Göyüşov Azərbaycanın Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinə qarşı apardığı əməliyyatı təcavüz adlandırırsa, bunu ermənidən nə fərqi? Əgər Əli Kərimli Azərbaycanın Qarabağ separatçılarına, təcavüzkar Ermənistana olan münasibətini insan haqlarının pozulması kimi yozursa bu şəxsin Azərbaycanda yaşamağa, hətta müxalifət adından danışmağa haqqı çatırmı? Təəssüf ki, uzun illərdir erməni lobbisinin pulu ilə bəslənən, onların sifarişlərini yerinə yetirən manqurt müxalifət nümayəndələri hazırda da öz kirli, murdar əməllərindən əl çəkirmirlər. AXCP sədri Əli Kərimli və onunla eyni cinahda yer alan Cəmil Həsənli, Tofiq Yaqubov, Qənimət Zahid kimi riyakarlar düşmənə dəstəklərini nümayiş etdirirlər. Azərbaycanın haqlı davasına kölgə salmağa və ara qarışdırmağa heç kimin haqqı yoxdur. Bu, xalqa və dövlətə qarşı düşmənçilikdir. Belə mövqedə olanlara qarşı mübarizəmizi daha da gücləndirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB