Bildiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. SİA mövzu ilə bağlı deputatların fikirlərini öyrənib.

Deputat Sevil Mikayılova: "Sentyabrın 12-də məlum olduğu kimi gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribata əl atıb.
Azərbaycan Ordusunun təminat yolları minalanıb, mövqelərimiz müxtəlif çaplı silahlar, minaatanlardan intensiv atəşə tutulub. Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verib, həmlələrin qarşısı alınıb, artıq sərhəd zolağında bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarət təmin edilib.
Erməni silahlı qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı yönəlmiş bu cinayətlərə cavab olaraq beynəlxalq birlyin praktik addımlar atması çox vacibdir. Son 1 ayda intensivləşən bu təxribatların əsas məqsədi Azərbaycan-Ermənistan arasında müharibədən sonrakı normallaşma prosesini pozmaq, vəziyyəti gərginləşdirmək, münaqişənin hələ də bitməməsi ilə bağlı görüntü yaratmaq, delimitasiya and demarkasiya prosesini əngəlləmək, bununla da sülh sazişinin imzalamamaqdır.
Vurğulayaq ki sülhün möhkəmləndirilməsi istiqamətində göstərilən beynəlxalq səylərə baxmayaraq Ermənistan parallel olaraq təxribatlarını davam etdirir. Son zamanlar Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmaqla, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməklə Ermənistan genişmiqyaslı hərbi təxribat törətmək niyyətini açıq aşkar göstərirdi. Hədəf isə dünya birliyini diqqətini özünə cəlb etməklə Azərbaycanın bölgədə artan nüfüzu və regional əhəmiyyətinə nə olursa olsun xələl gətirmək idi.
10 noyabrda imzalanmış 3-tərəfli bəyanatın şərtlərinin icra olunması Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikdir və onun yerinə yetirilməsi mütləqdir. Bu cür təxribatlarla Erməsnistan mənfur məqsədlərənə çatmayacaq. İstənilən təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən alınır, Azərbaycan əvvəlcədən də bəyan etdiyi kimi öz suveren hüquqlarını bərpa edəcək. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
Bu vəziyyətdə döyüş meydanında öz məğlubiyyətini ört basdır etmək istəyən Ermənistan ənənəvi olaraq yalan informasiyalar yaymaqla ictimaiyyəti çaşdırmaqda davam edir. Lakin yalan informasiyalarla manipulyasiyalar heç bir nəticə verməyəcək. Ayıq sayıq olmalıyıq, social media, mobil əlavələrdə yayılan xəbərlərlə bağlı məsuliyyətli olmaq lazımdır, xüsusən Ermənistan mediasına və sosial media xəbərlərinə istinad edilməsi yolverilməzdir. Yalnız Müdafiə Nazirliyi və digər dövlət orqanları rəsmi xəbərlərinə istinad edilməlidir, çünki məhz rəsmi mənbələridən yayılan xəbərlər səhihdir, informsiya təhlükəısizliyinin təmin olunması üçün əvəzsizdir".
Deputat Məlahət İbrahimqızı: "Bildiyimiz kimi 2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində Azərbaycanın otuz il işğal altında olan Qarabağ torpaqları Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Milli Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə azad edildi. Bu müharibə Ermənistanın rüsvayçı məğlubiyyətinə baxmayaraq bu gün də Azərbaycan və bölgə üçün təhlükə mənbəyidir. 9-10 noyabr 2020 və 10 yanvar 2021-ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqaviləyə baxmayaraq Ermənistanın bugünədək törətdiyi təxribatlar və revanşist qüvvələrin cinayətləri Ermənistanın təcavüzkar mövqeyini bir daha sübut edir.
Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan möhtəşəm qələbənin ilk müjdəsini xalqımıza verərkən, O qeyd etdi ki, artıq Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdi. Biz bundan sonra bölgə tarixinin yeni səhifəsini başlayırıq. Bu səhifə tarixi bölgədə dayanıqlı sülh, əminamanlıq, sabitlik və inkişaf səhifəsi olacaqdır. Məhz ötən dövrdə möhtərəm Prezidentimizin fəaliyyəti göstərir ki, o, səsləndirdiyi bu sülməramlı çağırışlarını yerinə yetirməyə çalışıb. Əslində otuz illik işğal tarixində də möhtərəm Prezidentimiz bu münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışıb. Lakin təcavüzkar dövlət heç vaxt bu cəhdlərə əhəmiyyət verməyib. Hətta BMT-nin və bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi heç bir sənədə məhəl qoymadı.
Bununla bərabər Brüsseldə Azərbaycan-Ermənistan üç tərəfli bəyanatında möhtərəm cənab Prezidentimiz İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan bölgədə sülh və əmin-amanlığın bərpa olunması, iki ölkə arasında münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin imzalanması məqsədilə üçtərəfli müqavilə bağladı. Sülh müqaviləsinin imzalanması ilə bağlı da möhtərəm Prezidentimizin beş şərti var. 31 avqustda sonuncu Brüssel görüşündə bu beş şərti Paşinyan qəbul etdi və bilirsiniz ki, İtaliyada beynəlxalq konfransda jurnalistlərə verdiyi müsahibələrində cənab Prezident bir daha bunu səsləndirdi. Amma bu ötən dövrdə təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan daima bu müddəti uzadır. Uzatmaqda da məqsədi 2020-ci il noyabr və 2021-ci il Moskva müqaviləsində əks olunduğu kimi Zəngəzur dəhlizinin inşa olunub açılması ilə bağlıdır. Möhtərəm Prezidentimizin Ermənistana verdiyi təkliflərdə də və eləcədə müqavilələrdə də əks olunmuş ən əsas təkliflərdən biri Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsidir. Sonuncu Brüssel görüşündə hətta Şarl Mişel görüşün nəticəsi olaraq öz bəyanatında bütün kommunikasiyaların açılmasını bildirdi. Eyni zamanda Şarl Mişel və yaxud başqa təşkilatlar tərəfindən möhtərəm Prezidentimizin irəli sürdüyü təkliflərə qarşı yeni təkliflər irəli sürülməmişdir. Yəni möhtərəm Prezidentimizin irəli sürdüyü təkliflər o qədər ədalətli, mükəmməl, obyektiv, təkcə Azərbaycanın deyil, bütövlükdə bölgənin marağına xidmət edən təkliflərdir ki, əlavə təkliflər belə yoxdur.
Bilirsiniz, biri var qondarma, təcavüzkar, işğalçı Ermənistan dövləti, biri də var dünya erməni diasporu, erməni lobbisi. Bu erməni lobbisi Azərbaycanın əldə etdiyi möhtəşəm zəfəri və Azərbaycanın gündən-günə sürətlə inkişafını və Avropanın ən önəmli, etibarlı tərəfdaşı olan Azərbaycanın nailiyyətlərini görmək istəmirlər. Buna görə də Ermənistana, Paşinyana təzyiq edirlər və Ermənistanda qarışıq bir situasiya yaranıb. Ona görə də erməni revanşistləri, eləcə də Ermənistanın ordusu daxilində olan müxtəlif qruplaşmalar vaxtaşırı müxtəlif yerlərdə hərbi təxribatlar törətmişlər- Laçından, Kəlbəcərdən, Zəngilandan, Qazax və Tovuz bölgələrindən. Hər dəfəsində də sarsılmaz “Dəmir Yumruq” öz zərbəsini vurub. Hər dəfə də elə bir zərbə vurub ki, bütün ictimaiyyət fikirləşir ki, bunların beli bir daha düzəlməz, dikəlməz və dərs olar. Amma vaxtaşırı Ermənistan qaşınma xəstəliyi tutur. Hər dəfə qaşınma tutduqca “Dəmir Yumruq” bir zərbə endirir və sonuncu dəfə Laçın şəhərində Zabux və Sus kəndlərinin işğaldan azad olunmasında da biz bunu gördük. Son vaxtlar artıq Gədəbəydən, sərhəd bölgələrindən atəşə tutmağa başladı. Azərbaycan dövləti 30 il işğal müddəti ərzində bu konfliktin sülh yolu ilə həll olunmasının tərəfdarı oldu.
Möhtərəm Prezidentimizin çıxışlarından birində səsləndirdiyi fikir belədir: "Bundan sonra təcavüzkar niyyətli, işğal niyyətli hər hansı bir qüvvə Ermənistandan baş qaldırsa, o başı necə lazımdırsa, əzəcəyik". Amma yenə deyirəm ki, faydası yoxdur. Bunun səbəbi nədir? Çox təəssüf, Fransada olan erməni diasporu, biz etiraf etməliyik ki, burada fransız siyasətçiləri də var, fransız dövlət adamları da var. Eyni zamanda ABŞ konqresində ermənipərəst siyasətçimi deyək, yaxud erməni siyasətçisimi deyək, Ermənistana ağıl verməkdənsə, əksinə biraz da qızışdırırlar və bu da regionun dayanıqlı sülhünə zərbə vurur. Möhtərəm Prezidentimiz müharibənin səhəri günü xalqa zəfər müjdəsini verdikdə dedi ki, artıq bölgə tarixinin yeni səhifəsini biz açırıq. Bu səhifə dayanıqlı sülh, barış, sabitlik, təhlükəsizlik və inkişafdır. Amma çox təəssüf ki, təcavüzkar Ermənistan və onların xəstə təxəyüllü siyasətçiləri hələ bu 44 günlük Vətən müharibəsindən dərs çıxara bilmir.
Vətən torpağının hər qarışında Şəhidlərimizin ruhu var. Allah Şəhidlərimizə rəhmət eləsin! Məkanları cənnət olsun! Məqamları ali olsun! Qazi və yaralılarımıza ən qısa zamanda şəfa versin!
Brüssel səfərindən qayıtdıqdan sonra Paşinyan artıq eləbil ağlını itirib. O, mətbuatda sərsəm-sərsəm danışmağa başlayıb. Zəngəzur dəhlizi ilə bağlı hansısa dirəniş etmək niyyətindədir. Bu adam dərk etmir ki, o Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb, sənədə imza atıb və imzaların atılmasında Rusiya qarantor ölkədir. Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin şahidliyi, moderatorluğu ilə bu sənədlər imzalanıb".

Deputat Rauf Əliyev: “Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın şərtlərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva və Bürüsseldə keçirdikləri üçtərəfli görüşlərdə əldə olunan razılaşmaları və eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. 30 ilə yaxın Azərbayan torpaqlarını işğalda saxlayn, 44 gü davam edən müharibədə biabırcasına məğlub olan, kapitulyasiya aktını imzalamış işğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini bir daha nümayiş etdirdi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Silahlı Qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha Ermənistanın 44 günlük vətən müharibəsində qəhrəman Azərbaycan Ordusundan aldığı dərsi onlara xatırladıb.
Azərbaycan Ordusu Ermənistanın növbəti təxribatlarına cavab olaraq qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü.
Ermənistan tərəfi yenə də xislətinə uyğun olaraq Azərbaycanı üçtərəfli Bəyanatın tələblərini pozmaqda ittiham etsə də artıq reallıq dünyanın gözü qarşısındadır. Azərbaycanın əldə etdiyi Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Qələbəmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Ermənistanda baş qaldıran revanşist qüvvələr daim Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında aciz olduqlarını nümayiş etdirirlər. Azərbaycan Ordusu növbəti təxribatların qarşısını alaraq və düşmənə layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, dəmir yumruq yerindədir.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Əks təqdirdə 44 günlük Vətən müharibəsində aldığı dərs növbəti dəfə işğalçı dövlətə xatırladılacaq. Bu gün Azərbaycan qalib ölkə olaraq üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir.
Təxribata verilən cavab nəticəsində Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Şəhidlərimizin qisası artıqlaması ilə alınıb. Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və revanşist xəyallardan əl çəkməlidir. Düşmən bu xəyallardan əl çəkməzsə cavab daha ağır olacaq. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə həm bu torpaqların sahibi olduğumuzu, həm də bəzi güclərin dəstəyi ilə silahlanıb təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB