Ermənistanın təxribatları nə ilə nəticələnəcək? - POLİTOLOQ BİLDİRDİ

Ermənistanın təxribatları nə ilə nəticələnəcək? - POLİTOLOQ BİLDİRDİ

"Sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədində təxribatlar həyata keçirərək bütün hadisələrin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi Brüssel görüşündən sonra sistematik şəkildə atəşkəs rejimi pozurdu, davamlı olaraq Laçın, Kəlbəcər, Gədəbəy istiqamətində sərhədlərimiz atəşə tutulurdu. Bunun nəticəsində də geniş miqyaslı təxribatlar baş verdi. Ermənistan bununla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı, sülh prosesinə kölgə saldı, eyni zamanda, vaxt udmağa çalışırlar. Bu Ermənistanın siyasi davranışlarına xas olan mənzərədir. Həmçinin, Azərbaycana qarşı təzyiqləri də artırmağa cəhd göstərirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın, Fransanın Prezidenti Emmanuel Makrona, Vladimir Putinə, ABŞ-ın dövlət katibinə telefon zəngləri etməsi də bunu deməyə əsas verir. Maraqlı məqam odur ki, hər 3 dövlət ATƏT-in Minsk qrupunu təmsil edən ölkələrdir. Ermənistan hələ də, ATƏT-in Minsk qrupu formatında danışıqların bərpa olunmasına ümid edir. Bunun fonunda Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsiplərini qəbul edərək, bunun əsasında sülh müqaviləsinin işlənilib hazırlanması həyata keçirilirdi. Brüssel sülh gündəliyi də məhz buna yönəlmişdir. Lakin Ermənistan proseslərin əksi olaraq eskalasiya yolunu tutdu. Sərhəddə gərginliyin baş verməsi birbaşa olaraq delimitasiya prosesinə mənfi təsir göstərir. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı böyük işlər görülür. Baş Nazirlərinin görüşü Moskvada baş tutmuşdu, növbəti görüş Brüsseldə nəzərdə tutulur. Ermənista cari eskalasiya ilə bütün çağırışların və təşəbbüslərin marağlı olduğunu qeyd etdi. İstənilən halda Azərbaycan ordusu cavab tədbirləri həyata keçirdir və düşmənin legitim hərbi hədəflərini məhv edir. Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması qəbul olunsa da, Ermənistanın xislətinə bələd olduğumuz üçün bu razılaşmanın çox kövrək olduğu görünür.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə