Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Bəli, bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Və bu gün cənab İlham Əliyev ulu öndərimizin «xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Qalib ölkənin Qalib Liderinin «Dəmir yumruq» siyasəti ilə 30 illik torpaq həsrətinə 44 gündə son qoydu. Dövlət başçımız İlham Əliyevin söylədiyi kimi: «30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu". Bəli, bütün bu uğurlar, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət yürütdüyü «Dəmir yumruq» siyasəti dayanır. Və avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş də həmişə olduğu kimi yenə də Azərbaycanın şərtləri keçərli oldu və sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. Artıq iki ilə yaxın müddətdə hər cür hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur edildi. Çünki Qalib komandan kimi Azərbaycan Prezidenti İlham Əliyev dördüncü Brüssel görüşünə də hərtərəfli üstünlüklə yollanmışdı. Və dördüncü Brüssel görüşündə Prezident İlham Əliyev bir daha göstərmiş oldu ki, Qarabağ və Şərqi Zəngəzurda hər mənada üstünlük Azərbaycandadır və qalib ölkə 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərini vaxtından əvvəl reallaşdırır. Əlbəttə ki, bu üstünlüklər diplomatik müstəvidə də aparılan danışıqlara təsirsiz ötüşməməli idi. Bu mənada, dördüncü Brüssel görüşü dövlət başçımız İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsi idi. Bax, budur, həqiqət! Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur.
Ümumilikdə, dördüncü Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü müdrik və ardıcıl siyasətin növbəti böyük uğurudur. Bu görüşdə qəbul edilən və ölkəmizin maraqlarına tamamilə uyğun olan qərarlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır və başqa çıxış yolu yoxdur, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə bu ölkə yenə də acınacaqlı duruma düşəcək. Və ən əsası isə, proseslərin Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində inkişaf etməsidir. Xüsusi qeyd olunmalıdır ki, Avropa İttifaqı və şəxsən Prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Beləliklə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçilyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir araya gəldikləri dördüncü Brüssel görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən dövlətimizin başçısının növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsidir. Bir sözlə, bütövlükdə Brüssel görüşü bir daha Zəfər diplomatiyasının təntənəsi olmaqla, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyinin məntiqi nəticəsidir.
ZƏRİFƏ QULİYEVA,
Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB