"Yunanıstan tərəfi hələ başa düşə bilmir ki, Türkiyə elə-belə dövlət deyil" - POLİTOLOQ ŞƏRH ETDİ
"Türkiyənin mövqeyi dünya siyasətində kifayət qədər artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan artıq dünyada ilk beşlikdə olan tanınmış liderdir: "Təbii ki, bunu həzm edə bilməyən qüvvələr var. Yunanıstan tərəfi hələ başa düşə bilmir ki, Türkiyə elə-belə dövlət deyil. Əsasən, Yunanıstanı iki istiqamətdə qızışdırırlar. Onlar Ərdoğana təzyiq etməyə çalışırlar. İkinci istiqamətdə Yunanıstanı qızışdıranlar erməni və fransız lobbisidir. Onlar yeni münaqişə ocağı yaratmağa çalışır. Balkanlar tarixən də münaqişə ocağı sayılıb. Azərbaycan istəyir ki, Türkiyənin mövqeyi möhkəm olsun. Bunu açıq şəkildə İsrail tərəfi də bəyan etdi. Görünən odur ki, Yunanıstan ilə bağlı Türkiyənin narahatlığı Azərbaycanı da narahat edir. Dövlət başçısı İlham Əliyev münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Yunanıstan başa düşməlidir ki, Rusiyanın əsas məqsədi NATO-nu parçalamaqdır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB