"Ermənistan tərəfinin planları alt-üst olacaq” - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan tərəfinin planları alt-üst olacaq” - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan tərəfinin atəşkəs rejimini mütəmadi olaraq pozması konkret olaraq Ermənistanın siyasi planlarından irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, çünki Ermənistan Brüsseldə dörd görüşün keçirilməsinə baxmayaraq yenə də prosesləri uzatmağa və vaxt qazanmağa çalışır: "Təbii ki, bunun da əsas qayəsi Azərbaycana qarşı ərazi iddiası qaldırmaq, xüsusilə status məsələsini qabartmaq, ATƏT-in Minsk Qrupu formatını reallaşdırmaqdır. Dördüncü Brüssel görüşündən sonra atəşkəsin intensiv şəkildə Ermənistan tərəfindən pozulması bunun deməyə əsas verir. Çünki Brüssel görüşündə tərəflər öz üzərinə öhdəliklər götürüb. Göründüyü kimi Nikol Paşinyan erməniləri manipulyasiya edir. Nikol Paşinyan Rusiyada başqa, Brüsseldə başqa, Yerevanda isə tamamilə başqa fikirlər söyləyir. Təbii ki, bu, Azərbaycan üçün heçnəyi dəyişdirmir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistanın bu kimi planları faktiki olaraq region üçün risklidir. Ermənistan Qərbin siyasi dəstəyini almağına baxmayaraq onun da geopolitik siyasətinə qarşı gəlir. Düşünürəm ki, Ermənistan tərəfi sülh prosesini uzatmağa macal tapmayacaq və planları alt-üst olacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə