Ermənilər sülh haqda nə düşünür? - SORĞU - AZƏRBAYCAN CƏMİYYƏTİNİN BAXIŞI
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin gücü və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan 44 günlük müharibədən qələbə qazanaraq çıxdı. Bu qələbəni düşmənlərimiz heç bir zaman həzm edə bilmir, yenə də torpaqlarımıza, sərhəd bölgələrimizə atəş açmaqda davam edirlər. Ordumuz isə bu təxribatlara hər zaman adekvat cavab verərək düşməni susdurur. Azərbaycan Ermənistan ilə sülh bağlamağa hazırdır. Artıq bu istiqamətdə proseslər gedir. Bəs, şəhər sakinləri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı nə düşünür. SİA mövzu ilə bağlı şəhər sakinlərinin düşüncələrini öyrənməyə çalışıb:

Şəhər sakini Maya Əsgərova: "Əlbəttə erməni tərəfi hər zaman təxribatlar törətməyə çalışıb. Çünki onlar məğlubiyyəti qəbul edə bilmirlər. Bizim torpaqlara göz dikiblər. Özlərini buranın sahibi olduğuna inandırıblar. Amma biz onlara lazım olan cavabı verdik. Qarabağ bizimdir. Nə qədər təxribatlar törətsələr də ancaq özlərinə ziyan verəcəklər".
Şəhər sakini Vidadi Həsənov: "Ermənilər ömür boyu kinli bir xalq olublar. Onlar bilirlər ki, bu torpaqlar onların deyil. Buna baxmayaraq yalandan bu torpaqlara sahib olmaq istəyirlər. Torpaqlardan bir parça belə qoparmaq onlar üçün kar hesab edilir. Amma bilmirlər ki, biz torpaqlarımızın bir qarışını belə onlara verməyəcəyik".

Şəhər sakini Sevil Rzayeva: "Ermənilər əzəldən bəri azərbaycanlıların paxıllığını çəkib. Ümumiyyətlə, türk-müsəlman dövlətlərinin paxıllığını çəkiblər. Biz onlara yaşamağa yer verdik, amma onlar bizim bu yardımsevərliyimizdən istifadə ediblər. İndi də sərhədlərimizi atəşə tuturlar. Amma bunun da ömrü qısadır. Yaxın günlərdə tamamilə bunun qarşısı alınacaq".
Şəhər sakini Selcan Quluzadə: "Ermənilər elə bir xalqdır ki, onlara yaxşılıq etmək olmaz. Neçə dəfə bizim bölgələrə atəş açıblar, günahsız millətimizin üstünə silah çəkiblər. Rahat dayanmırlar. İçlərindəki kin onları buna məcbur edir. Gərək onlara yazığımız gəlməsin. Allah onların bəlasını versin".
Şəhər sakini Paşa Məmmədov: "İkinci Qarabağ döyüşlərində Azərbaycanın gücünü çox açıq şəkildə bütün dünyaya ordumuzun qələbəsi ilə göstərdik. Ermənistan bizim azad etdiyimiz torpaqlarımızda etdiyi təxribatları sadəcə özlərinə bir təssəli kimi edirlər. Amma onuda bilmirlər ki, əgər bizim ordumuz yenidən ayağa qalxsa o zaman onlar üçün hər şey yaxşı sonluqla qurtarmaz. Bunun üçün də özlərini yığışdırmalı və etdikləri bu təxribatları dayandırmalıdırlar”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB