"Svobodnaya pressa": “Əgər Vardanyan fransız ordusunu Qarabağa gətirərsə” Rusiya nəşrindən erməni sarkazmı
Nüfuzlu Rusiya nəşri Rusiya vətəndaşlığından imtina etmiş erməni milyarderi hədəfə aldı
Rusiyanın nüfuzlu siyasi-ictimai qəzeti – “Svobodnaya pressa” Rusiyanın tanınmış bankiri və sərmayəçisi, həmçinin milyarderi, erməni Ruben Vardanyanın Qarabağa köçməsini və Rusiya vətəndaşlığından imtina etməsi qərarını “zəlzələ” kimi qiymətləndirib.
Adıçəkilən rus nəşri eyni zamanda, Vardanyanın vətəndaşlıqdan imtina etməsini və Qarabağda yaşamaq qərarını ümumi versiya kimi də irəli sürməklə əsas marağının, yaxud planının da üstünü açıqlayıb – o Ermənistanın baş naziri olmaq üçün bu qərarını verib.
“Özünü ciddi hesab edən heç bir siyasətçi belə bir məqamda müraciət ünvanlayaraq özünü uşaq bağçası kimi göstərməzdi”
“Açıq şəkildə anti-Rusiya ruhlu Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi zaman Vardanyan Ermənistan və Rusiya siyasi sahəsində nə görünürdü, nə də eşidilirdi. Onun erməni diasporunun tanınmış nümayəndələri Marqarita Simonyandan, Karen Şahnazarovdan, Semyon Baqdasarovdan fərqli olaraq Ermənistan liderinin anti-Rusiya siyasətinə qarşı münasibəti də heç cür sərgilənməyib. Mümkündür ki, bu onu qane edirdi. Həm də mümkündür ki, o Nikola hər hansısa ümidlər bəsləyirdi. Biz bunu öyrənə bilməyəcəyik”, yazan “Svobodnaya pressa” əlavə edib ki, Vardanyan böyük siyasətdəki ilk real çıxışını Qarabağdakı müharibə vaxtı edib: “Oradakı vəziyyət ümidsiz idi. Azərbaycan ordusu bütün cəbhələrdə zərbələrini endirirdi. Onda Ruben Karlenoviç Putinə açıq məktubla müraciət etdi ki, erməni maraqlarını qorumaq üçün oraya Rusiya ordusunu göndərsin. Üstəlik, o həmin mövqeyinə arqument gətirmək üçün heç bir əsas göstərə bilmədi. Və ümumiyyətlə, özünü ciddi hesab edən heç bir siyasətçi belə bir məqamda müraciət ünvanlayaraq özünü uşaq bağçası kimi göstərməzdi”.
“Belə bir təəssürat yaranır ki, həmin məktub aşkar populist xarakter daşıyırdı və Ruben Karlenoviç onda Qarabağ haqqında düşünmürdü”
Rusiya nəşri Vardanyanın sözügedən davranışını həm də belə şərh edib: “Belə bir təəssürat yaranır ki, həmin məktub aşkar populist xarakter daşıyırdı və Ruben Karlenoviç onda Qarabağ haqqında düşünmürdü. Əks halda o “ümumbəşəri dəyərlər” frazasını əks etdirməyən başqa məktub yazardı. Məsələn, “əzabkeş xalqını” xilas etmək üçün xahiş edərdi, ya da bu kimi başqa məzmunda...”.
“Xarakterik olan isə budur ki, Rusiyada yaşayan erməni diasporundan heç kim Vardanyanın davranışında heç bir mühakimə olunacaq şey görmədi. Görünür, “kiçik vətənə olan sevgi” ümumi geosiyasi əhatə dairəsini nümayiş etdirir və strateji proqnozlar irəli sürmək imkanlarını məhdudlaşdırır. Qanın səsi sağlam məntiqli təsəvvürlərdən güclüdür. Bəs minnətdarlıq? Kimə? Rusiyaya? Yox, eşitmədik...”, deyə adıçəkilən nəşr Vardanyanı hədəfə alaraq onun davranışlarını haqlı şəkildə ittiham edir.
“Əgər fransızlar Qarabağa hərbi kontingent yürütsələr bu iş amerikalıların Kabildəki sonluqları kimi nəticələnəcək”
“Svobodnaya pressa” xatırladır ki, günü bu gün də rus əsgərləri “qarabağlıları” (Qarabağda yaşayan erməniləri – R.R.) mühafizə edir: “Və Ruben Vardanyanın özü də öz videomüraciətində onlara minnətdarlıqlarını bildirir. Hansı ki, bu onun Fransaya gedib Ermənistanla Azərbaycan arasındakı danışıqlar üzərində özünü imitasiya etməzdi (hansı ki, bunun özü Rusiyanın Zaqafqaziyadakı maraqlarına obyektiv şəkildə zərər vurur- “Svobodnaya pressa”). Əgər fransızlar bankirin istədiyi kimi sülhməramlı gündəmini ələ keçirsələr və Qarabağa hərbi kontingent yürütsələr bu iş amerikalıların Kabildəki sonluqları kimi nəticələnəcək”, kolmunist İqor Moiseyev adıçəkilən nəşrdə hədəfə aldığı Ruben Vardanyana həsr etdiyi “Kubik Rubik” adlı məqaləsində vurğulayır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə