"ATƏT-in Minsk qrupu öz işini görə bilmədiyinə görə tarixdə qaldı" - DEPUTAT İZAH ETDİ
"ATƏT-in Minsk qrupu 28 ildə göstərdiyi fəaliyyəti sıfıra bərabərdir. Onlar heç bir addım ata bilməyiblər". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun üzvləri Ermənistana qarşı sanksiyalar göstərməyib, danışıq masasına oturda bilməyiblər: "Onlar bu problemin uzanmasında, dərinləşməsində maraqlıdır. Erməni lobbisi ABŞ və Fransada güclüdür. ATƏT-in Minsk Qrupu öz fəaliyyətini həyata keçirə bilməyib. Azərbaycan öz problemini özü həll etdi. ATƏT-in Minsk qrupu artıq ölmüş bir orqandır. Təbii ki, xaricdə olan erməni diasporları və təşkilatları kifayət qədər bu ölkələrə müəyyən təzyiqlərini göstərirlər. Amma ATƏT-in Minsk qrupu öz işini görə bilmədiyinə görə, tarixdə qaldı. Azərbaycanın ATƏT-in Minsk qrupuna heç bir ehtiyacı yoxdur".
"Artıq iki dövlət arasında müəyyən danışıqlar gedir. Müxtəlif formatlarda görüşlər və danışıqlar baş tutur. Düşünürəm ki, ilin axırına qədər böyük addımlar atılacaq" - deyə deputat bildirib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB