YAP Bərdə rayon təşkilatının əməkdaşları Bərdə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib FOTOLAR

YAP Bərdə rayon təşkilatı təbliğat qurupunun üzvü, Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova 17 avqust 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil etmişdir. Ekskursiyada Bərdə rayon Mədəniyyət Sarayının, Bərdə Dövlət Rəsm Qalereyasının, Bərdə şəhər 2 saylı klubun, Bərdə şəhər 4 saylı kitabxananın, Bərdə GİKM-nin nümayəndələri iştirak etmişlər. Ekspozisiya zalında A.Əhmədova Ulu Öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti barədə məlumat verdi. A.Əhmədova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təhsil, mədəniyyət, ordu quruculuğu, iqtisadiyyatın inkişafı, xarici siyasət sahəsində fəaliyyəti və uzaqgörənliyi bugünkü Azərbaycanın bünövrəsini təşkil edir.

A.Əhmədova Heydər Əliyevin Bərdə rayonuna səfərləri və əmək adamları ilə görüşləri barədə geniş məlumat verdi, həmçinin, Ulu Öndərin rayonumuza olan gözəl münasibətindən ürək dolusu danışdı. Ulu Öndərin "İş otağı" ilə tanışlıq ziyarətçilərdə kövrək hisslər yaratdı.
Ekspozisiya zalında möhtərəm Prezidentimiz İlham Əliyevin Bərdə rayonuna səfərlərini əks etdirən stend qarşısında çıxış edərək A.Əhmədova Ulu Öndər Heydər Əliyev ideyalarının bütün sahələrdə uğurla davam etdirilməsindən danışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə