"Müharibənin yaxın zamanda bitəcəyini proqnozlaşdırmaq çətindir" - HƏRBİ EKSPERT DANIŞDI

“Rusiya-Ukrayna müharibəsi son illərin ən ağır müharibəsidir. Bu müharibə Rusiya ilə Qərbin, Rusiya ilə NATO-nun qarşıdurmasıdır. Görünən tərəf Ukraynadır”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, Ukraynaya müasir silahlar verildi: "Bundan əlavə ABŞ, Fransa, Almaniya Ukraynaya maddi dəstəklərlər göstərdilər. Bu baxımdan müharibə Qərblə Rusiyanın qarşıdurmasıdır. Ukrayna istəyir ki, ərazi bütövlüyünü təmin etmək istəyir. Hətta Krımı da geri almaq istəyir. Dünyanı Rusiya ilə qarşı-qarşıya qoyub. Rusiya da istəyir ki, Krım daxil iki qondarma dövlətləri öz nəzarətində saxlamaq istəyir. Yəni Rusiya öz əhalisinə biz bu müharibədə qalib gəldik fikirlərini demək istəyir. İndiki zaman üçün nə Ukrayna, nə də Rusiya bu şərtlərlə razılaşmaq istəyir. Türkiyə dövlətinin prezidenti bir neçə dəfə vasitəçilik etdi. Ən yaxşı nəticə o oldu ki, Ukraynanın taxılı Türkiyə vasitəsilə dünya bazarına çıxarılacaq. BMT, Rusiya və Ukrayna Türkiyə ərazisində görüşərək bu razılığa gəldi. Müharibənin yaxın zamanda bitəcəyini proqnozlaşdırmaq çətindir. Ola bilsin ki, böyük hərbi əməliyyatlar olmasın. Amma münaqişənin bitəcəyini demək tezdir. Ya Rusiya zəifləməlidir, ya da güclənməlidir. Qərb Ukraynanın arxasından çəkilməlidir. Başqa halda bu mümkünsüzdür. İki tərəfdən birinin şərtinə əməl edilməlir. Qərbə müharibənin uzanmağı sərf edir. Çünki bu yolla Rusiya gücsüzləşir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə