"Ermənistan tərəfi heç bir öhdəliyi yerinə yetirmir" - HƏRBİ EKSPERT AÇIQLADI
“Təəssüflər olsun ki, Ermənistan tərəfi üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir. O cümlədən bu öhdəliyə minalanmış ərazilərin xəritəsini vermək də daxildir. Ermənistan Füzuli və Ağdam rayonlarındakı minalanmış ərazinin xəritəsini geri qaytardı”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, sonra məlum oldu ki, xəritələrin 25 faizi real, 75 faizi isə real deyil: “Erməni tərəfi bu məsələlərdə çox böyük şaiyələr dedilər. Əvvəllər xəritələrin olmadığını bildirsələr də Azərbaycan tərəfi bunun mümükünsüz olduğunu bəyan etdi. Mina ancaq xəritələrlə basdırılır. Əks halda onu basdıran hərbi qulluqçuları və əhalisi o minaya düşə bilər. Minanı ancaq peşəkarlar basdıra bilər. Qeyri-peşəkar insanlar bunu edə bilməz. Minaların sürəti hərbi hissədə, birləşmənin qərargahında, Müdafiə Nazirliyində olur. Hətta Ermənistanda minaların 4-5 sürətinin olduğu iddia edilir. Ermənilər sonradan isə məcbur olaraq xəritələri verdi. Lakin bu da reallığı əks etdirmədi.
Əgər Füzulinin və ya Ağdam rayonlarının minalanmış ərazilərinin xəritələri düzgün verilibsə, nəyə görə insanlar orada minaya düşürlər. Ağdam rayonunda 97 min minaya nə ehtiyac var idi. SSRİ-nin ən böyük mina zavodlarından biri Qərbi Azərbaycan torpağında İrəvan şəhərində olub. Ermənilər də orada minaları istehsal edərək, gətirib Azərbaycan torpaqlarını çirkləndiriblər. Qarabağ ən çox mina ilə çirkləndirilən ərazidir. Ermənistanın bu etdiyi hərəkət beynəlxalq hüquqda çox ağır şəkldə cəzalandırılır. Çünki qanunsuz silahların verilməsi terror, seperatizm adlanır. Azərbaycan dövləti qısa bir zamanda xeyli bir ərazini təmizlədi. Yollar tikərək, hava limanları bərpa olundu, dəmiryolları çəkildi, hərbi hissələr tikilir və s. Mina agentliyinin bir çox imkanları artırıldı. Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsi yaradılıb. Təbii ki, bütün bunlara baxmayaraq çirklənmiş ərazilərimiz varsa Azərbaycan dövləti çalışır ki, bu əraziləri qısa bir zamanda təmizləyərək, müasir texnologiyalarla həmin rayonumuzu gözəlləşdirsin. 3-cü dünya müharibəsindəki tapılmamış silah-sursatlar bu günə kimi tapılmaqdadır. Ona görə də 100/100 nəticə əldə etmək mümkünsüzdür. Lakin Azərbaycan dövləti çalşır ki, maksimum nəticə əldə etsin. Ümidvarıq ki, aparılan işlər də onu deməyə əsas verir ki, Qarabağ qısa bir zamanda minalarla təmizlənəcək və ora cənnət məkana çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB