Prezidentin uğurlu siyasəti nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib ŞƏRH

Prezidentin uğurlu siyasəti nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib ŞƏRH

Cənab Prezidentimiz iyul ayının 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxış etmişdir. Çıxış zamanı cənab Prezidentimiz bir sıra mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, hər bir rayonun icra orqanlarının nümayəndələri, digər rəhbər işçilər şəhid ailələrinə, müharibə əlillərinə və bu kimi kateqoriyadan olan insanlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı və onların məşğulluğu ilə maraqlansınlar. Bugün həqiqətən də əminliklə deyə bilərik ki, Cənab Prezidentimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı var. Bu sahədə həyata keçirilən tədbirlər və görülən işlərin hər biri respublikamızda sistemli və ardıcıl xarakter daşıyır. Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Onu da qeyd edim ki, Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, ətraf ərazilərinin, regionlarının da hesabına baş verir. Bu gün regionların inkşafına böyük önəm verilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün geniş şəkildə abadlıq və quruculuq işləri görülür. Bu proseslerin daha da inkişaf etməsi və yaxşı olması üçün ictimai nəzarət olmalıdır. Əgər hər bir regionda müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir sıra problemlərin aradan qalxmasına səbəb olacaq. Eyni zamanda, görülən bütün işlər elə görülməlidir ki, ekologiyaya ziyan dəyməsin. Cənab Prezidentimiz İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Bu gün Azərbaycanda sahibkarlığın inkişafına böyük dəstək var. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin — xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, aqroparkların yaradılması sahəsində müvafiq işlər aparılır. Bütün bu qeyd edilənlər nəzərə alınmaqla əminliklə deyə bilərik ki, əldə olunan bütün naliyyətlər bundan sonrda da Azərbaycanın daha inamlı və qətiyyətli addımlar atacağına əsaslanır. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub və biz bundan sonra daha da boyük uğurlara və ilklərə imza atacağıq.

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə