"Mina ilə bağlı təhlükənin miqyası kifayət qədər böyükdür" - HƏRBİ EKSPERT AÇIQLADI
“44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbycan dövlətinin qarşılaşdığı ən böyük təhlükə məhz Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə basdırılan minalarla əlaqəlidir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət verdiyev bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq olması işğalçı ölkənin müharibədən sonrakı dövrdə də qeyri-səmimi olmasının, insan həyatına dəyər verməməsinin təzahürüdür: “İşğaldan azad olunan ərazilərdə bu günə qədər 250-dən çox mina hadisəsinin baş verməsini nəzərə alsaq və bu hadisələrdə 200-ə yaxın insanın yaralanmasını, xəsarət almasını nəzərə alsaq görərik ki, hələ də bu təhlükənin miqyası kifayət qədər böyükdür. Azərbaycan dövləti hələ də Ermənistan tərəfindən həyata keçirilən mina terrorundan kifayət qədər böyük ziyanlar görməkdədir. Minalardan qorunmaq üçün bir çox strukturlarımız mövcuddur və ANAMA tərəfindən xüsusi tədbirlər görülür, təbliğat işləri aparılır. Ərazilərdə mina təhlükəsini əks etdirən müxtəlif bukletlər, işarələr, nişanlar yerləşdirilir. Bu ərazilərə vətəndaşların daxil olması qadağan olunub. Həmin ərazilərdə işləyən heyyət, hüquq-mühafizə orqanları və mülki şəxslər təhlükəsizliyə əməl etməlidirlər.
Hüquq-mühafizə orqanları bir an öncə mina partlayışlarına görə Ermənistanın fəaliyyətlərinə hüquqi qiymət verilməsi üçün beynəlxalq təşkilatlar qarşısında rəsadətlər qaldırmalıdırlar, hazırlanan cinayət işlərinin beynəlxalq məhkəmələrdə baxılmasına nail olmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB