"Ermənistan bu çağırışlara məhəl qoymur" - SİYASİ EKSPERT AÇIQLADI

"Ermənistan bu çağırışlara məhəl qoymur" - SİYASİ EKSPERT AÇIQLADI

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutuması, eyni zamanda sülhmərəmlıların olduğu ərazilərdə də Azərbaycan ordusunun mövqelərini atəşə tutması, təxribat xarakteli hərəkətlərə əl atması əlbəttə ki, bölgədə sülhə və təhlükəsizliyə bir başa olaraq çox ciddi təhdiddir”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu bölgənin gələcəyi, sülh və təhlükəsizlik, sabitlik üçün birbaşa qəsddir: "Azərbaycan dövləti qələbəmizlə başa çatan müharibədən sonra dəfələrlə qeyd edib ki, biz bölgədə növbəti müharibəni istəmirik, biz regionun gələcək inkişafı, təhlükəsizliyi, sabitliyi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycan dövləti dəfələrlə həm bəyanatlarında, həm də öz hərəkətlərində bu mövqeyinin üzərində dayanıb və bunu bütün dünyaya sübut edib. Çox təəssüf ki, Ermənistan bu çağırışlara məhəl qoymur. Azərbaycanla münasibətlərin normallaşmasını istəmir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkinir, 10 noyabr üçtərəfli bəyannamənin əksər bəndlərinə əməl etmək istəmir. Halbuki kapitulyasiya aktını imzalayarkən Ermənistan məğlub tərəf kimi öz üzərinə çox böyük öhtəliklər götürmüşdü. Amma təssüf ki, sonrakı dövrlərdə Ermənistan öz havadarlarından dəstək aldığını düşünərək bu məsələlərdən boyun qaçırırlar. Məlumdur ki, onların arxasında havadarları var.

Son günlərdə Azərbaycan mövqeləri atəşə tutulur. Müzəffər ordumuz bu təxribatların qarşısın çox tez bir anda alır və düşməni cavab atəşi ilə susdurur. Bu təxribatlarla Ermənistan danışıqlar zamanı üstünlük əldə etməyi planlaşdırır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan dövləti birmənalı olaraq bildirib ki, Ermənistan bu cür əməllərindən əl çəkməsə onları daha ağır cavab gözləyir. Bu da vəziyyəti daha da gərginləşdirəcək, amma biz bunu istəmirik. Əgər proseslər belə davam edərsə əlbəttə hərbi əməliyyatlar da qaçılmaz olacaq. Müzəffər Ali Baş Komandanımızın əmri ilə Azərbaycan ordusu istənilən hərbi əməliyyatı həyata keçirməyə qadirdir, düşmənə ən ağır sarsıdıcı zərbələr vurmağa qadirdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə