“Münasibətlərin taleyi məhz sülh müqaviləsindən asılıdır“ - SİYASİ EKSPERT AÇIQLADI

“Münasibətlərin taleyi məhz sülh müqaviləsindən asılıdır“ - SİYASİ EKSPERT AÇIQLADI

“Ermənistanla Azərbaycanın arasında gələcək münasibətlərin taleyi məhz sülh müqaviləsindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bunun üçün isə ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası başa çatmalı və kommunikasiyalar açılmalıdır: “Əgər sərhədlər məsələsi həll olunmasa, Azərbaycanın Ermənistanın digər ərazilərinə iddia etmək hüququ var. Bu baxımdan Azərbaycan tərəfi haqlı olaraq çalışır ki, bu məsələlər həll olunsun, sülh müqaviləsi bağlansın və iki dövlətin faydalı qarşılıqlı münasibətləri yaransın. Ermənistan tərəfi artıq anlayır ki, münaqişənin alovlanması onlara xeyir gətirməyəcək. Bunların qarşılığında isə Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı təminat verir. İstənilən halda bütün məsələlər ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yaxın bir il ərzində iki dövlət arasında sülh razılaşması əldə oluna bilər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə