Azərbaycanda daxili və xarici siyasət strategiyasının uğurlu inkişafı ŞƏRH
15 iyul 2022-ci il tarixində keçirilən müşavirdə Cənab Prezident İlham Əliyev altı ay ərzində görülən işlərdən danışıb. Ötən altı ay ərzində keçirilən tədbirlərə, beynəlxalq görüşlərə nəzər salsaq görərik ki, beynəlxalq əlaqələr necə inkişaf edir. İlin əvvəlində qarşıya qoyulan məsələlər uğurla icra edilib və ölkəmiz inkişaf etməkdə davam edir.
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev: “Bu il xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılır və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük tövhə vermişik”.
30 Iyun 2022-ci il tarixdə “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak etmişdir. Üç gün davam edən konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunmuş, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilmiş və qurumun sədri və sədr müavinləri seçilmişdir.
Bildiyimiz kimi, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən bəri Avropa İttifaqı ilə əlaqələri indiyənə kimi iqtisadi və siyasi istiqamətlərdə inkişaf edir. Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi yaradılıb.
Azərbaycanın Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi Avropa İttifaqı üçün cəlbedici faktordur. 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. “Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyimiz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlərr zılaşdıralacaq”.44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə keçirilən görüşdə Avropa İttifaqı rəhbərliyi bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulamış, hər iki ölkəni hərtərəfli sülh müqaviləsini imzalamağa çağırmışdır.
“Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılamsı istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir ”.Ölkəmizin təşəbbüsü ilə keçirilən deliminasiya üzrə işçi qrupun görüşünə nəzər salsaq görərik ki, bu müsbət bir addımdır. Düzdür, Ermənistan buna meyilli olmasa da, görüşdə iştirak etdi. Ümüd edirik ki, ikinci görüş müsbət nəticələnəcək. Cənab Prezident İlham Əliyev digər müsbət halı Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini Ermənistan tərəfindən qəbul edilməsi olduğunu vurğulayıb. Bütün sahələrdə olduğu kimi hərbi sahəsində də islahatlar aparılıb. İstahatlar struktur, hərbi təhsil istiqamətində aparılıb. “Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib.”
Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirilir. “Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikilir və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin buna şübhəsi olmasın.”Azərbaycan Respublikasının enerji sənayesi Qafqazda əsas sənayedir. SSRİ-nin süqutundan sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan böyük uğurlara imza atdı və həm sənayenin həm iqtisadiyyatın bütün sahələrində, həm də energetika sahəsində inkişaf başlandı. Bildiyimiz kimi, mənfur düşmən torpaqlarımızda 30-dan çox elektrik stansiyasını dağıdıb. 44 günlük Vətən müharıbəsindən sonra işğaldan azad olunmuş torpaqlarda stansiyaların bərpasına başlanıb.“Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanlarımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq.”Altı ay ərzində görülən işlərə nəzər salanda azərbaycan vətəndaşı kimi qürur duyuram. Qürur duyuram ki, qəhraman xalqımız var. Qürur duyuram ki,Cənab Ali Baş Komandan İlham Əliyev kimi rəhbərimiz var.
Şəhla Xəlilova
YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB