Şəhidin övladının 8 yaşı tamam olub FOTOLAR

Şəhidin övladının 8 yaşı tamam olub FOTOLAR

Bu gün Vətən müharibəsi şəhidi Heydərov Amid Rəbbil oğlunun övladının 8 yaşı tamam olub. Bu münasibətilə Lerik rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, DQHK-nin Lerik rayon komitəsinin sədri Ələkbər Salayev, Lerik rayon icra hakimiyyəti Vətən Müharibəsi və Şəhidailələri ilə işin təşkili şəbəsinin müdri Rahib Şiriyev, Lerik rayon gənclər və idman İdarəsinin rəisi Natiq İsaqov şəhidin ailəsini ziyarət edib, övladına hədiyyələr təqdim ediblər.

Tədbir iştirakçıları şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə