"Azərbaycanla Ermənistan arasındakı sülh prosesi uğurla nəticələnə bilər” - POLİTOLOQ AÇIQLADI

"Azərbaycanla Ermənistan arasındakı sülh prosesi uğurla nəticələnə bilər” - POLİTOLOQ AÇIQLADI

"Avropa İttifaqının ötən ilin dekabr ayından etibarən başlayan təşəbbüsü artıq keçirilə 3 görüşlə öz təsdiqini tapıb. Böyük ehtimal görüşlərin keçirilməsi nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının burada iki marağı var: "Avropa İttifaqı Azərbaycan ilə enerji, nəqliyyat kommunikasiya sahəsində əməkdaşlığı genişləndirmək istəyir. Çünki Avropa İttifaqının Rusiya qazından asılı olması onun üçün yaxşı vədlər etmir. Eyni zamanda Azərbaycanın şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizinin kəsişməsində yerləşməsi Azərbaycanın mövqeyini daha gücləndirir. Digər tərəfdən erməni lobbi təşkilatları Avropa İttifaqından tələbi Ermənistanı dirçəltmək və Rusiyanın təsirini azaltmaqdır. Uzun müddət davam edən etiraz aksiyaların keçirilməsinə baxmayaraq bu gün Paşinyan hakimiyyətdədir. Avropa İttifaqı regionda sülhün təmin olunmasında tərəfdardır. Sülhün əldə edilməsi Azərbaycan ilə Ermənistanın sülh müqaviləsini imzalaması, regional təhlükəsizliyin təmin olunması deməkdir. Avropa İttifaqı bunu düşünür. Düşünürəm ki, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesi danışıqları uğurla nəticələnə bilər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə