YAP Yasamal rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər FOTOLAR
YAP Yasamal rayon təşkilatı tərəfindən Qurban bayramı münasibəti ilə 44 günlük Vətən müharibəsi şəhidləri gizir İslamov Elvin Elçin oğlunun və Rzayev Mirsəfa Mircəlil oğlunun ailələri ziyarət edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Şəhidlərimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra 44 günlük Vətən müharibəsi şəhidi gizir İslamov Elvin Elçin oğlu "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə, 44 günlük Vətən müharibəsi şəhidi Rzayev Mirsəfa Mircəlil oğlu isə "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB