"Avropa İttifaqının rəhbərliyi Zəngəzur dəhlizinin açılması istəyir" - DEPUTAT ŞƏRH ETDİ

"Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər, xüsusilə də son dövrlərdə ayrıca inkişaf yolu keçməkdədir. Bu, böyük regional və beynəlxalq əhəmiyyət daşıyır. Bu gün keçmiş sovet məkanına daxil olan ölkələrin xarici siyasət kursunda elə xətlər və cərəyanlar baş qaldırmaqdadır ki, bu, həmin ölkələri gərginliyin içərisinə daxil edib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu, özlüyündə həmin xalqların həyatında çox ağır izlər qoyur: "Xüsusilə də Gürcüstanın bir müddət öncə Avropa İttifaqı ilə münasibətləri fonunda Abxaziya və Osetiya üzərində tam nəzarətinin itirməsi, ardınca Ukraynanın 2014-cü ildən bu günə qədər məruz qaldığı qlobal savaşın mərkəzində olması səbəbindən daha sonra hərbi savaşın meydanına çevrilməsi özlüyündə dövlət rəhbərlərinin atdığı addımları öz xalqlarının taleyinə necə təsir etdiyini görməyə imkan verir. Avropa İttifaqı Şarl Mişelin timsalında biz ölkəmizə qarşı digər qurumlardan fərqli, sistemli, sabit, düzgün davranışları görürük. Xüsusilə də Qarabağ məsələsi ilə bağlı onların bir tərəfdən regional gerçəkləri qəbul etmələri, Azərbaycanın ərazi bütövlüyünün təmin etməsinə rəğmən bunun legitimliyini tanınmaları, digər bir tərəfdən yeni bir arxitekturanın quruculuğu, yeni bir eranın başlanılması, bu danışıqlarda həqiqi sülhə niyyətli olduqlarını göstərmələri söylədiyimiz qarşılıqlı etibarın mərkəzində dayanan məsələlərdir.

Əlbəttə ki, Qərb ilə əməkdaşlığı, iqtisadi, siyasi münasibətləri hər zaman istəmişik. Təəssüflər olsun ki, Avropa Şurasının, ATƏT-in və onların ayrı-ayrı resurslarının ölkəmizə qarşı bütün hallarda sistemli ittihamları, təzyiq cəhdləri, Azərbaycanda hakimiyyəti əvəz etmək cəhdlərini gördükdə cənab Prezidentin bilavasitə iradəsi ilə onlara kəskin şəkildə reaksiyaların verildiyini və dövlət müsqtəqilliyinin necə qorunduğunu görmüşük. Lakin dediyiniz kimi ilk növbədə Avropa İttifaqı və onun rəhbərliyi Zəngəzur dəhlizinin açılması istəyir, Dağlıq Qarabağ terminindən imtina edir, Azərbaycana münasibətdə bütövlükdə prinsipiallıq nümayiş etdirir və Paşinyan hakimiyyətinə də açıq şəkildə işarə edir ki, onun qərbpərəst kursunun içərisində ala biləcəyi yalnız məlum 2,6 milyard avroluq vəsaitlərdir. Bu səbəbdən hesab edirik ki, Azərbaycan Prezidenti bu əlaqələrin davamlılığını istəyir və bu bizim Qərblə münasibətlərimizin bir parçasıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...