İrəvanla bağlı kitabın təqdimat mərasimi keçirilib - YENİLƏNİR - FOTO

İrəvanla bağlı kitabın təqdimat mərasimi keçirilib - YENİLƏNİR - FOTO

"İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimatda Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatın nümayəndələri və media nümayəndələri iştirak ediblər.

Araşdırma çərçivəsində İrəvan şəhərinin, Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub.

Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək.

Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə