Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsindədir ŞƏRH

Prezident İlham Əliyevin 21 iyun 2022-ci il tarixində Özbəkistan Respublikasına dövlət səfəri zamanı keçirilən görüş iki ölkə arasındakı münasibətlərin dostluq və həmrəyliyə söykəndiyini, əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmış oldu. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, bu səfər sıçrayış xarakterli səfərdir və iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Prezident İlham Əliyev imzalanan sənədlər arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu sənəd qlobal xarakter daşıyır və mahiyyət etibarı ilə gələcək fəaliyyətimizin yol xəritəsidir. Məhz bu Bəyannamədə iki ölkənin xarici siyasət prioritetləri öz əksini tapıb, Azərbaycan və Özbəkistanın bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qarşılıqlı şəkildə dəstəkləmələri ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Cənab Prezident bu dəfə də qlobal bəşəri maraqları düşündüyünü nümayiş etdirərək dedi: “Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.” “Gücümüz birliyimizdədir”, - söyləyən Azərbaycan Prezidenti bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulamaqla bundan sonra qarşılıqlı əməkdaşlıq, qardaşlıq və dostluq prinsiplərinə söykənən birlik üçün imkanların daha geniş olacağını diqqətə çatdırdı.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi fikirləri, ölkələrimiz arasında imzalanan sənədləri dostluq və qardaşlığımızın sarsılmazlığının bariz nümunəsi kimi qəbul etmək olar.Bu səfəri böyük tarixi əhəmiyyət kəsb edir. Daşkəndin mərkəzində bütün həyatını Azərbaycana xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, həm də xalqlarımızın qardaşlığına və dostluğunaverilən böyük qiymətin təzahürüdür. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri qlobal əməkdaşlığın, eləcə də, təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İkitərəfli münasibətlər normal olub, amma hazırda bu münasibətlərdə yeni keyfiyyət dəyişikliyi özünü büruzə verməkdədir. Bu həm ikitərəfli münasibətlərdə, həm Türk dünyası ilə bağlı ortaq qurumlarda özünü göstərir. Azərbaycan və Özbəkistanı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət, din birləşdirir.
Özbəkistan qardaş ölkə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Postmüharibə dövründə də Özbəkistan ölkəmizə böyük dəstəyini nümayiş etdirib və işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərinə oz töhfələrini verməkdə davam edir. Hər iki dövlət başçısının siyasi iradələri və döstluq münasibətləri xalqlarımız və dövlətlərimiz arasında da dostluq, tərəfdaşlıq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik yaradır.Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir.44 günlük Vətən müharibəsi zamanı qardaş Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etməsi və dəstək verməsi bu münasibətlərin sağlam təməllər üzərində qurulmasından xəbər verir.

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...