Azərbaycan Özbəkistanla ikitərəfli münasibətlərə xüsusi diqqət ayırır ŞƏRH

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu 2003-2022-ci illərdə Prezident cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəridə iki ölkə arasında mövcud olan birgə əməkdaşlıq və dostluq əlaqələrinin göstəricilərindən biridir. Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəyə çatmış əlaqələr xüsusilə Ulu Öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdən başlayaraq inkişaf etdirilib. Ulu öndər Heydər Əliyev özbək xalqına hər zaman böyük sevgi ilə yanaşırdı. Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki qardaş ölkə arasında iqtisadi-siyasi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanması ilə yanaşı, eyni zamanda yeni dünya düzənində türkdilli dövlətlərin birliyinə böyük töhfə verdiyini nümayiş etdirdi. Səfər çərçivəsində dövlət başçısı ilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında müzakirələr keçirilib, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanıb.Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra 1996-cı ildən Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Səfər çərçivəsində mühüm hadisələrdən biri də Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı oldu. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun şəxsiyyəti haqqında söylədiyi xoş sözlər Özbəkistan dövlətinin Azərbaycan xalqına və dövlətinə, həmçinin Ulu Öndərin xatirəsinə böyük hörmətinin göstəricisidir. Eyni zamanda, Füzuli rayonunda Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq məktəbin inşa ediləcəyi xəbəri xalqımız tərəfindən yüksək qiymətləndirilərək aramızda olan qardaşlığımızı daha da möhkəmləndirəcəkdir. Möhtərəm Prezidentimiz cəanb İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən vurğulayıb ki, bugünkü dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir. Azərbaycan Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə sevinir.Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri, hər iki ölkə liderləri arasındakı səmimi münasibətlər və imzalanan mühüm sənədlər ölkələrimizin arasındakı əlaqələrin gələcək inkişafına mühüm təkan verəcəkdir.

Samir Ağayev

YAP Biləsuvar rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə