“Dövlət qulluqçularının peşə bayramının təsis edilməsi Heydər Əliyevlə bağlıdır” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Azərbaycanı iki əhəmiyyətli prinsip baxımından, dövlətçilik və azərbaycançılıq ideaları baxımından yaşadır və inkişaf etdiririk”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.



Onun sözlərinə görə, hər bir azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin qoyduğu bu hədəflərə sadiqdir: “Azərbaycanda dövlət qulluqçularının peşə bayramının təsis edilməsi Heydər Əliyevlə bağlıdır. Dövlət qulluqçuları həmin ölkənin bel sütunudur. Dövlətçilik prinsiplərinin, mexanizmlərinin işlək olması baxımından dövlət qulluqçularının peşəkarlığına, onların öz işlərinə məsuliyyətlə yanaşmasına hər zaman ehtiyac var. 23 İyun - Dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsi düşünürəm ki, dövlət qulluqçularının üzərinə iki qat məsuliyyət qoyur.

Bu gün Azərbaycanda dövlətin idarə edilməsinin nə qədər düzgün şəkildə getdiyini görürük. Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələrdə dayanıqlı bir idarəetmə prinsipi mövcuddur. Bugünkü peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edirəm”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...