Pandemiyanın sonu bitmir: meymunçiçəyi 45 ölkədə yayılıb - TƏHLİL
COVID-19 pandemiyası – gözəgörünməz düşmən ilə ciddi şəkildə apardığımız mübarizə öz nəticəsini vermiş oldu. Artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma sayı kəskin azalıb. Azərbaycanda da gündəlik yoluxma rəqəmləri bir və iki rəqəmi arasında dəyişir. Əlbəttə ki, bu arxayınlıq yaratmır və epidemioloji vəziyyət nəzarətdə saxlanılır. İki ildən artıq bir zamanda rəqəmlərin dəyişkən olması, yoluxma sayının azalması və artması bizə bəllidir. Odur ki, hər bir vətəndaş məsuliyyətli olmalı, bugünkü vəziyyət arxayınlıq yaratmamalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edərkən dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd edib. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirib.
Koronavirusun dünyada geniş vüsət aldığı bir zamada Azərbaycanda tətbiq edilmiş karantin rejimi qaydalarına lazımı səviyyədə əməl olundu. Belə ki, maskadan lazımı, tələb olunan şəkildə istifadə olundu, sosial məsafə gözlənildi, qapanmalar tədbiq edildi, ictimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət olundu və s. qabaqlayıcı tədbirlər Azərbaycanın bu sahə də nümunəvi ölkə olduğunu təsdiqlədi. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səslədi. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus - COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısını almış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar reallaşdı. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu.
AZƏRBAYCAN DÜNYADA PANDEMİYA QURBANLARININ SAYINA GÖRƏ SONUNCU YERLƏRDƏN BİRİNDƏ QƏRARLAŞIR
Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan dünyada pandemiya qurbanlarının sayına görə sonuncu yerlərdən birində qərarlaşır.
İyunun 20-nə olan statistik rəqəmlərə nəzər salsaq görərik ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 793 min 15 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 165 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 134 nəfərdir. Ümumilikdə, 6 milyon 940 min 145 test icra olunub.
Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana verdiyi tövsiyələrin və ölkəmizlə əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də əbəs deyil. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olundu. Dünya standartlarına cavab verən "Yeni klinika" da istifadəyə verildi. Ölkəmizin 40-dan artıq xəstəxanasında, eləcə də modul tipli xəstəxanalarda COVİD-19-a yoluxmuş xəstələr müalicə aldılar.
OMİKRON ŞTAMININ FƏRQLİ VARİANTLARI ÜZƏ ÇIXIR
Xatırladaq ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndlərdən istifadə olunub. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Mütəxəssislərin fikrincə, elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Odur ki, vətəndaşların vaksinasiyası zəruridir.
Bu gün yoluxma sayının az olmasına baxmayaraq, ÜST COVID-19-un yeni variant və ştamlarını yaxından izləyir. Hazırda omikron ştamının da fərqli variantları üzə çıxır. Bu gün isə meymunçiçəyi xəstəliyi dünya ölkələrinin bir çoxunda baş qaldırıb. Avropa ölkələrində artıq ilkin diaqnozlar aşkarlanıb. Xəstəliyin bir neçə müxtəlif tipi var. Azərbaycana meymunçiçəyinin diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub. Hazırda ölkədə önəmli bir təhlükə yoxdur. Xəstəlik ABŞ, Böyük Britaniya və İspaniya da daxil olmaqla 45 ölkəyə yayılıb. Lakin, tədqiqatçıların fikrincə, bu xəstəliyin Afrika qitəsi ilə təkidlə əlaqələndirilməsi qitə əhalisinə münasibətdə ayrı-seçkilik xarakteri daşıyır.
Odur ki, pandemiyanın tamamən bitmədiyini bilməliyik. Əllərin yuyulması, tənəffüs gigiyenası kimi öyrəndiyimiz bütün qoruyucu tədbirləri davam etdirməyimiz lazımdır. Bundan əlavə, yaşı əllidən yuxarı olan peyvənd vurdurmayan vətəndaşların vaksinasiyadan keçməsi önəmlidir.
COVID-19 əleyhinə "buster" dozası tövsiyə olunur. Peyvəndlənmənin aparılması hər bir insanın özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı vasitədir. Bu günkü real vəziyyəti nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB