Bakı şəhərində keçirilən Qlobal Forum dünyada və regionda siyasi, qlobal və universal xarakter daşıması beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Görünən budur ki, Azərbaycan yalnız ölkədaxili proseslərə deyil, eyni zamanda dünyada gedən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bu da onu göstərir ki, ölkəmiz bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərinin keçirildiyi məkana və mərkəzə çevrilib.
IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Prezident İlham Əliyev Forumda çıxış edərək: "Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır".
Dəyişikliyin fundamental olduğu bir dövrdə proqnozlaşdırılması mümkün olmayan hadisələr müşayət olunmaqdadır. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması kimi vacib məsələlərdən hesab olunur. Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən biri və eyni zamanda ən mühümüdür.
Eyni zamanda, gündəlikdə duran məsələlərdən digər biri də aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələs idi. Konfransda eyni zamanda enerji bazarlarındakı vəziyyət və onun proqnozlaşdırılması ilə bağlı məsələ də öz əksini tapıb. Hazırda enerji bazarlarındakı vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açmaqdadır və bu, həmçinin istehsalçılar üçün də riskdir. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar – istehsalçılar üçün həqiqətən də çox əhəmiyyətlidir. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər də məhz buna yönəlib. Bütün bunlar dünyaya ötürülən yeni çağırışlardır.
Təhlükəsizliklə bağlı, Qarabağ münaqişəsinin həlli, ümumiyyətlə regiondakı təhlükəsizliklə bağlı məsələlərdə forumda geniş müzakirə olundu.
Cənab Prezident İlham Əliyev çıxışında Qarabağla bağlı məsələyədə toxundu və bildirdi ki, ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir.
“Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumunda bir çox nümayəndələr çıxış edərək dünyada , regionda baş verən bir sıra dəyişiliklərdən bu dəyişiliklərin iqtisadiyyata, təhlükəsizliyə nə dərəcədə təsir göstərdiyini barədə müzakirələr ediblər. Konfransda həmçinin dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışılıb, münaqişələrin aradan qaldırılması, müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini vurğulanmışdır.
Xəyalə Əliyeva
185 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB