Abşeronda Qurtuluş Günü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub FOTOLAR
Abşeron rayonunda 15 iyun - Milli Qurtuluş Günü qeyd edilir. Bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin abidəsini gün ərzində rayon ictimaiyyəti tərəfindən ziyarət olunur.
Eyni zamanda Abşeron məktəbliləri və uşaq bağçalarının fidanları Xırdalan şəhərindəkı Ulu Öndərin adını daşıyan istirahət parkına gələrək burada hazırladıqları bədii kompozisiyaları təqdim edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB