Bu gün Sabirabad şəhər E.Nadirov adına 8 saylı orta məktəbdə 4-cü siniflərini bitirən şagirdlərin "Məzun Günü" keçirilib. İlk dəfə keçirilən tədbirdə məktəbin 4-cü sinfinin şagirdləri ibtidai təhsil illərində aldıqları bilik, nail olduqları bacarıqları nümayiş etdiriblər. Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov və digərləri iştirak etmişlər. YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək müəllim və şagirdlərin səviyyəsinin yüksək olduğunu qeyd etmiş, məktəb-müəllim-valideyn əməkdaşlığının yüksək nəticə verdiyini diqqətə çatdırmışdır. Tədbirdə digər çıxış edənlər şagirdləri, onların valideynlərini təbrik etmiş, məktəbin müəllimlərinə təşəkkür etmişdirlər. Sonda şagirdlər diplomlarla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB