Karen Donfrid iyunun 15-də Azərbaycana səfər edəcək

Karen Donfrid iyunun 15-də Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, - məlumatda qeyd olunub.

Karen Donfridin iyunun 15-i və 16-da Azərbaycanda olacağı və bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.

Dövlət katibinin köməkçisinin iyunun 17-də Gürcüstana 18-də isə Ermənistana səfər etməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə