"Bu gün bütün məsələlərdə Heydər Əliyevin baxışı var" - MİLLƏT VƏKİLİ AÇIQLADI

"Bu gün bütün məsələlərdə Heydər Əliyevin baxışı var" - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Ulu Öndər Heydər Əliyevlə bağlı hər bir hadisə tarixin bir səhifəsidir. Bu şəxs dünyaya öz mənsub olduğu xalqın problemlərini həll etmək üçün gəlmişdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib

Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyətinin hər bir sahəsi Azərbaycan xalqının yığılıb qalmış ağırlıq problemlərinin həllinə yönəlmişdir: “O cəmiyyətə təmizlik, dinamizin, birlik, eyni zamanda keçmiş dəyərlərlə müasirliyin vəhdətini gətirdi. Heydər Əliyevin 1987-ci ildə böyük siyasətdən uzaqlaşdırılması tək Azərbaycan üçün deyil bütün region üçün böyük problemlər yaratdı. Sonradan onunla işləmiş onu tanıyan bir çox insanlar Heydər Əliyevin SSRİ rəhbərliyində qalsaydı bir çox fəsadların baş verə bilməyəciyini vurğulayırdılar. 1993-cü il 9 iyun ərəfəsində Azərbaycanda çox ciddi siyasi, hərbi, iqtisadi və ənənəvi bir böhran prosesi başlayırdı. Heydər Əliyevin 9 iyunda Bakıya gəlişi ilə tarixin yeni bir səhifəsi açıldı. Onun üçün əsas məsələ xalqının problemlərinin həll edilməsi idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə Gəncə hadisələrinin baş verdiyi bölgəyə gedərək, böhranlı yerə daxil oldu, görüşdü və məsələni özü üçün aydınlaşdırdı. 6 ay keçəndən sonra 1993-cu ilin 15 iyununda parlament sədri seçildikdən sonra problemlərin həlli proqramını ortaya qoydu. Sonradan isə tədricən bu məsələlər həll edildi. Azərbaycan xalqı özünün dəyərli oğulları ilə oğlu Heydər Əliyev ilə fəxr edir. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin Azərbaycanın özündən sonra ki inkişafı ilə bağlı fəaliyyəti Azərbaycanın beynəlxlaq birlikdəki nüfuzuna, iqtisadiyyatının inkişaf etməsinə, regionun və eyni zamanda dünyanın əssas dövlətlərdən birinə çevirməsinə səbəb oldu. Heydər Əliyevin fəaliyyətinin əsas nəticələrindən biri 2 il bundan əvvəl böyük zəfərin əldə edilməsi, torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxardı. Bu gün bütün məsələlərin hamısında Heydər Əliyevin baxışı var. Bu məsələlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev hamıya yaxşı bir nümunədir. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sədaqətinin nümayiş etdirməklə ümummilli məsələləri həll edir. Azərbaycanın inkşafını təmin edərək, hər bir vətəndaşın özünü qürurlu hiss etməsi üçün çalışır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə