"Azərbaycan-ABŞ münasibətləri strateji baxımdan normaldır" - DEPUTAT AÇIQLADI

"Azərbaycan-ABŞ münasibətləri strateji baxımdan normaldır" - DEPUTAT AÇIQLADI

"Azərbaycan-ABŞ münasibətləri strateji baxımdan normaldır". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden artıq son iki məktubundan Azərbaycan ilə münasibətlərin normallaşmasını qeyd edir: "Son dövrlərdə ABŞ Qarabağda törədilən dağıntılarla bağlı məsuliyyəti birbaşa Ermənistanın üzərinə qoymaq istəyir. Azərbaycan kifayət qədər ABŞ-la səmimi olub. Ona görə də indiki vəziyyətdə Azərbaycan-ABŞ münasibətlərini daha yüksək səviyyəyə çıxartmaq olar. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıqda maraqlıdır. Əgər, ötən illərdə ABŞ yalnız enerji daşıyıcısı kimi yox, stratejik cəhətdən Azərbaycanda sənaye və iqtisadiyyatın inkişafına dəstək olsaydı Azərbaycan dünyanın ən qüdrətli dövlətinə çevrilərdi".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə