ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən dağıdılan dini abidələrlə bağlı məlumat paylaşıb.
SİA-nın əldə etdiyi məlumata görə,bu barədə Dövlət Departamentinin hesabatında vətəndaş cəmiyyəti, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin nümayəndələrinə istinadən məlumat verilib.
Beləliklə, ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı yüzlərlə məscid, digər ziyarətgah və qəbiristanlıqlar talan və təhqir edilərək, dağıdılıb. “Uzun sürən münaqişə regionun mədəni irsinə fəlakətli təsir göstərib”.
Məlumatda belə bildirilir.
Hesabatda vurğulanır ki, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayıldakı onlarla Azərbaycan qəbiristanlığının sistemli şəkildə dağıdılmasını sənədləşdirmək mümkün olub: qəbirlər təhqir edilib, ağır tikinti texnikası tərəfindən dağıdılıb, qəbir daşları zədələnib, qalıqlar eksqumasiya edilib.
Dövlət Departamentinin hesabatında o da bildirilir ki, azərbaycanlı məzarların qalıqları qızıl diş çıxarmaq üçün eksqumasiya edilib, kəllə və sümüklər isə qəbiristanlıqlara səpələnib.
...Amma “erməni qəbiristanlıqları toxunulmaz olaraq qalıb", - Bu da həmən məlumatda yer alıb.
Vaşinqton əlavə edib ki, ermənilərin işğal zamanı Azərbaycan ərazilərinin geniş miqyaslı minalanması həm şəhərlərdə, həm də kəndlərdə yüzlərlə dini obyektin böyük əksəriyyətinə daxil olmağı mümkünsüz edib.
Vandal edilmiş mühüm dini obyektlər arasında Füzuli rayonundakı 19-cu əsrə aid dağıdılmış Hacı Ələkbər məscidi və Ağdamdakı Cümə məscidi ermənicə qraffiti ilə murdarlanmış, onun mehrabı (Məkkə istiqamətini göstərən divardakı yuva) güllələrlə deşik-deşik edilmişdir. . Ağdam boyu qəbiristanlıqlar - o cümlədən Emarat Qərvənd qəbiristanlığında, şəhərin Şəhidlər Xiyabanında XVIII əsrə aid müqəddəs tarixi qəbirlər dağıdılıb, talan edilib və dağıdılıb.
“Şəhidlər Xiyabanını ziyarət edən qərb diplomatları qazılmış və təhqir olunmuş məzarları gördüklərini bildiriblər”.
Bu da məlumatda yer alıb.
P.S: Azərbaycanın sevimli sənətçisi, mərhum Yaqub Zurufçu həmişə uzun zaman yaşadığı ABŞ barədə danışarkən, bu ölkədə heç bir sevgi-filan olmadığını deyərdi.
Amerikadakı mənəvi dəyərləri sıfırla eyniləşdirən Zurufçu nümunə üçün deyərdi ki, bu ölkədə hər hansı bir yaxın adamla bir yerdə yeməyə gedəndə belə, hərə öz pulunu verir...
Bunları elə-belə deyirəm...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB