"Azərbaycanda uşaqlara böyük diqqət və qayğı var" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycanda uşaqlar həm dövlət, həm də cəmiyyət tərəfindən daim qayğı ilə əhatələnib. Biz bunun dəfələrlə şahidi olmuşuq". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu gün 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür: "Bilirsiniz ki, Azərbaycanda uşaqlara böyük diqqət və qayğı var. Bu gün bizim övladlarımız müstəqil Azərbaycanın vətəndaşıdır. Bizim körpələrimiz gələcəyimizin qurucularıdır.
Müstəqil Azərbaycan onlara olan ümid edir. Hər sahədə uşaqlarımız öz bilikləri, savadı ilə seçilirlər. Uşaqlarımızın hər birinin cəmiyyətimizdə özünəməxsus yeri var.
Azərbaycanda uşaq siyasətinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də onun davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycanda uşaqların sağlamlığına, onların təlim-tərbiyəsinə və digər məsələlərə hər zaman diqqət verilib. Bu gün biz cəmiyyətimizə tam hazırlıqlı vətəndaşlar yetişdiririk. Ölkəmizdə uşaqlar üçün müxtəlif mərkəzlər. Uşaq baxçaları, uşaq evləri inşa edilib. Onların yaxşı inkişaf etməsi üçün hər cür şərait yaradılıb. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün forumlar təşkil olunur. Bunların hamısı ona görədirki, bizim övladlarımız dövlətimizin layiqli vətəndaşları kimi yetişsin. Bu da uzaqgörən siyasətimizin bir hissəsidir. Qeyd edim ki, təkcə Heydər Əliyev Fondu son dövrlər uşaqlar üçün bir çox iri layihələrin həyata keçirilməsi üçün tədbirlər planı hazırlayıb. Beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalarla təchiz olunmuş məktəblər, liseylər uşaq baxçaları yaradılmışdır.
Qeyd edim ki, mühariblər dönəmində dəkörpələrimiz, uşaqlarımız zorakılığa məruz qalıb. Bu uşaqların gələcəyini təmin etmək üçün dövlətimiz əlindən gələni edir. Bu uşaqlara dövlətimiz xüsusi diqqət ayırır. Onların təhsili, sağlamlığı hər zaman dövlətimizin xüsusi diqqət göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB