Müzəffər Ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə şanlı ordumuz böyük, tarixi Zəfər qazanaraq düşməni məğlub etdi. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikasi, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu işıqlandırdı.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordumuz cənab İlham Əliyevin səyi ilə daha da inkişaf etdirilmiş, təkmilləşdirilmiş müasir dünya standatlarına cavab verən silahlar və artilleriya, eyni zamanda, müxtəlif tip qoşun növləri ilə düşmən ordusunu məhv etdi. Əsgər və zabitlərimiz bu 44 gün ərzində Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu istehkamları yararaq keçdi. Davam edən müharibə dövründə 4 oktyabrda Cəbrayıl şəhəri, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhəri düşmən qüvvələrinin işğalından azad edildi. Ordumuzun qəhrəman övladları öz missiyasını yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə dağlardan, meşələrdən, sıldırım qayaları keçərək düşməni məhv etdi. 8 noyabrda Şuşanın işğaldan azad edilməsi tarixi bir nailiyyət oldu. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev müzəffər ordumuzun qələbəsi ilə Azərbaycan tarixinə silinməz tarixi izlər həkk etdi, Zəfər tarixini əbədi olaraq tariximizin parlaq səhifəsini yaratdı.
Bu gün Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, böyük quruculuq işləri gedir. Artıq tökülən qanlar durdurulmuş, insanlarımız dinc həyata qovuşur, böyük quruculuq işlərinə başlayır, möhtəşəm inşaat layihələri qurur, “Ağıllı kənd” lər yaradılır. Bu quruculuq işlərinə möhtərəm Prezidentimiz və xanımı, Vitse-Prezident Mehriban xanım Əliyeva şəxsən nəzarət edir və özləri də bu quruculuq işlərində fəal iştirak edirlər.
Bu ilin 27 mayında Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mərasimdə iştirak etdilər. Onlar Ağalı kənd meydanı ilə tanışlıqdan sonra 30 ilə yaxın müddətdə işğal altında qalmış bu Vətən torpağında tarixin yaddaşında iz qalsın deyə “Göyərçin” abidə-fəvvarə kompleksinin açılışı ilə gur fəvvarələr işə salındı. Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi ilə tanış olublar. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaşlar birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. Burada “Ağıllı kənd” üçün “Ağıllı həllər” də nəzərdə tutulub. Bundan əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetin yaradılmasıdır. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıq yaradılmışdır. Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular. Bütün bunlar Qarabağda böyük quruculuq işləridir. Xalqımız müharibədə qələbə çaldığı kimi, quruculuq işlərini də uğurla, qələbə ilə başa çatdıracaqlar.
QARABAĞ AZƏRBAYCANDIR!
Nübar Həkimova
YAP Yasamal rayon təşkilatının AMEA Folklor İnstitutu
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB