Zəngilana Böyük Qayıdışın birinci mərhələsi ŞƏRH

Zəngilana Böyük Qayıdışın birinci mərhələsi ŞƏRH

26 may 2022-ci il tarixində cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Zəngilan rayonuna səfər etmişlər. Hal-hazırda tikintisi davam edən Zəngilan hava limanında işlərin gedişatı ilə maraqlanan ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmin hava limanı haqqında məlumat verildi. Bildirildi ki, beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VİP zallar, tibb xidməti, kafelər və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar Türkiyə, İtaliya və Almaniyadan gətirilib. 26 aprel 2021-ci ildə Zəngilan hava limanının təməli qoyularkən cənab Prezident demişdir ki, işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Birinci beynəlxalq hava limanı Füzuli rayonu ərazisində yerləşir. Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Füzuli hava limanından sonra beynəlxalq statuslu və inşa olunmaqda davam edən biri Zəngilan hava limanıdır, digəri də Laçın rayonunun ərazisində inşa olunur.

Zəngilan rayonu hələ işğal altında olarkən rayonun dini, mədəniyyət və tarixi abidələri dağıdılmış və vandalizmə məruz qalmışdır. Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə edilib. Torpaqlarımız işğaldan azad olduqdan sonra burada yenidən quruculuq və bərpa işləri davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. 26 aprel 2021-ci il tarixində məscidin təməl qoyması olmuşdur və bu günə qədər də bərpa işləri fasiləsiz həyata keçirilir.

Daha sonra 27 may 2022-ci il tarixində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Zəngilana səfər çərçivəsində Zəngilan rayon ərazisində yerləşən intensiv meyvə bağları ilə tanış olublar. Bildirilmişdir ki, intensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzi tikiləcək. Mərkəzin tikilməsi həmçinin sakinlərin yeni iş yerləri ilə təmin olunacağına zəmin yaradır. İntensiv meyvə bağında 40 hektar əraziə ərik tingləri əkilib. Tinglərdən ikisi İspaniya, digərləri isə yerli məhsuldur.

Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə birinci mərhələnin açılışında ölkəmizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştriak etdilər. Hələ 2021-ci il aprel ayında təməli qoyulan “Ağıllı kənd” layihəsində innovative tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, məktəb və uşaq bağçası olacağı barədə dövlət başçısına məlumat verilmişdir. 27 may isə artıq layihənin birinci mərhələsinin açılışı baş tutmuşdur. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Müstəqillik günü ərəfəsində açılış rəmzi məna daşıyır. Azərbaycan iqtisadiyyatının gücü hesabına ilk olaraq zəngilanlılar öz doğma torpaqlarına artıq qayıdışları baş tutur.

Kənd sakinlərinin işini daha da asanlaşdırmaq üçün “Azərpoçt” MMC-nin rayon şöbəsi, DOST mərkəzi, “ASAN xidmət”, Kiçik və orta Biznesin İnkişafı Mərkəzi (KOBİA) fəaliyyət göstərəcək. Vətəndaşlar birbaşa videobağlnatı ilə “DOST” mərkəzlərinin social agentinə müraciət edərək və müraciəti yerində həll olunacaq. Dövlət xidmətləri ilə yanaşı ölkəmizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filial, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış olublar.

Zəngilan rayonu Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi nümunəvi olaraq işğaldan azad olunmuş bütün torpaqlarda da insanların qayıdışı üçün stimul yaratmalıdır. Azad edilmiş ərazilərə daha tez insanların köç etməsi üçün mütləq şəkildə ölkənin iqtisadi gəlirindən səmərəli şəkildə istifadə olunmalıdır. Cənab Prezident İlham Əliyev çıxışında da bildirdi ki, “iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik”. Bu gün regionda və dünyada artıq güclü, məğlubedilməz Azərbaycan var. Xoşbəxt xalqıq ki, cənab Prezident İham Əliyev kimi güclü siyasi liderimiz var. Məhz ölkə başçısının tam nəzarəti ilə azad edilmiş torpaqlarda qətiyyətli və sürətli işlər aparılır.

Nigar İmaməliyeva

YAP Yasamal rayon təşkilatının AMEA Folklor İnstitutu

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə