Senzuranın ləğvi reket fəaliyyətinə həvəs göstərənlərin əl-qolunu açıb - BAŞ REDAKTOR AÇIQLADI

Senzuranın ləğvi reket fəaliyyətinə həvəs göstərənlərin əl-qolunu açıb - BAŞ REDAKTOR AÇIQLADI

“Azərbaycan söz və mətbuat azadlığının təmin olunduğu ölkələrdəndir. Respublikamızda ifadə azadlığı ən müxtəlif formatlarda təzahür edir. Sözsüz ki, bu platformalardan biri də “YouTube”dur. Ölkədə “YouTube” kanallarının, ayrı-ayrı “youtuber”lərin normal fəaliyyət göstərməsi üçün münbit şərait var”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda senzura 24 il əvvəl ləğv olunub: "Senzuranın ləğvi peşəkar jurnalistlərin məsuliyyətini artırsa da, qeyri-peşəkarların, reket fəaliyyətinə həvəs göstərənlərin əl-qolunu açıb. Biz bu mənfi tendensiyanı həm çap mətbuatının parlaq dövründə, həm də indi müşahidə edirik. İstedadsız, tamahkar adamlar üçün jurnalistika sürətlə qazanc mənbəyinə çevrilir. Bu qəbildən olan insanlar son vaxtlar “YouTube” kanallarında da boy göstərməyə başlayıblar. Söz vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, ayrı-ayrı insanların linç edilməsi üçün vasitə ola bilməz. Sözü qəmbər daşı kimi rəqibin başına çırpmaq olmaz. Hər bir tənqidi fikir sağlam arqumentlərlə əsaslandırılmalıdır. Hesab edirəm ki, ən müxtəlif platformalarda, o cümlədən “YouTube” kanallarında sözdən reketlik məqsədilə istifadə edən adamlar cəzalandırılmalıdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə